Accessibility links

Miçiqanda fələstinlilərə tərəfdar seçicilərin Harrisin kampaniyasına mənfi təsiri olacaqmı?


Miçiqanda fələstinlilərə tərəfdar seçicilərin Harrisin kampaniyasına mənfi təsiri olacaqmı?
please wait

No media source currently available

0:00 0:03:44 0:00

Prezident Co Baydenin Qəzzadakı müharibə ilə bağlı siyasətinə etiraz olaraq başladılan “Müstəqil Seçici Milli Hərəkatı” ötən həftə Demokratların Prezidentliyə namizədi Vitse-prezident Kamala Harrisi dəstəkləməyəcəyini açıqlayıb. Fələstinlilərə tərəfdar bir başqa qrup “Harrisdən İmtina Edin” deyir ki, onlar onun məğlub olmasını təmin etmək üzərində işləyirlər. Bu hərəkatlar kritik ştatlarda seçki nəticələsinə təsir göstərə bilərmi?

Miçiqan ştatının Dearborn şəhəri Amerikanın ərəb paytaxtı kimi tanınır.

400 mindən çox ərəb amerikalının yaşadığı ştatın ərəblərin çoxluq təşkil etdiyi bu şəhərində bir çoxları ABŞ-ın Qəzzadakı müharibə ilə bağlı siyasətinə görə qəzəblidir.

"Mən baş verənlərdən məmnun deyiləm və yaxında nəyinsə dəyişəcəyinə də çox ümidim yoxdur. Kamala Harris qazansa belə, onun çox dəyişiklik edə biləcəyini düşünmürəm," fələstinli amerikalı Abdullah Doleh deyir.

Kamala Harrisin kampaniyası Dearbornu onun Qəzzadakı iztirablara qarşı həssaslığını göstərən reklamlarla hədəf alıb.

Ancaq Respublikaçılarla əlaqəsi olan bir siyasi qrup da həmin seçiciləri Harrisin İsrailə dəstəyini və onun həyat yoldaşı Doq Emhoffun yəhudi dinindən olduğunu vurğulayan reklamlarla hədəf alır.

Belə görünür ki, bu reklamlar Bayden administrasiyasının İsrailin hərbi kampaniyasına dəstəyinə etiraz etmək məqsədilə Demokratların ilkin səsverməsində "müstəqil" kimi səs verən 100 min miçiqanlıya yönəlib.

Harris ötən həftə Miçiqana səfər edərkən "Müstəqil Seçici Milli Hərəkatı" onu dəstəkləməyəcəyini elan edib.

"Mən özüm, fələstinli amerikalı, ömür boyu Demokrat olmuşam. Mən ilk qaradərili qadın prezidenti seçən seçici blokunun bir hissəsi olmaq istərdim, amma vitse-prezident Harris mənə mənim əhəmiyyət verdiyim insanları müdafiə edəcəyini göstərməyib," hərəkat üzvü Leyla Elabed deyir.

Harris deyir ki, o, həm İsrailin təhlükəsizliyini, həm də fələstinlilərin haqlarını dəstəkləyir.

"Prezident Bayden və mən bu müharibəni elə biritməyə çalışırıq ki, İsrail təhlükəsiz olsun, girovlar azad edilsin, Qəzzadakı iztirablara son qoyulsun və fələstinli xalq ləyaqət, təhlükəsizlik, azadlıq və öz müqəddəratını təyin etmək hüququndan istifadə edə bilsin", Prezidentliyə Demokrat namizəd Kamala Harris deyir.

Qrup Harrisi dəstəkləməsə də, Donald Trampa da qarşı çıxır. Onlar onun İsraili daha da çox dəstəkləcəyindən qorxur.

"Mən Oval ofisə geri qayıdandan sonra İsrailin terrora qarşı müharibəsində qalib gəlmək hüququnu dəstəkləyəcəyəm. Onların müharibədə qalib gəlmək haqqı olmalıdır", Prezidentliyə Respublikaçı namizəd Donald Tramp deyir.

Fələstinli tərəfdarı bir digər qrup olan “Harrisdən İmtina Edin” deyir ki, onlar, Trampın qələbəsi bahasına olsa belə, Harrisin məğlub olmasını təmin etməyə çalışır.

"Mən bu iki namizədin Fələstin məsələsində və ya başqa məsələlərdəki xarici siyasətlərində hər hansı fərqin olduğunu düşünmürəm. Onlar eyni dərəcədə pisdirlər. Ona görə də mənim üçün fərqi yoxdur", qrupdan Fərəh Xan deyir.

Qrup seçiciləri Yaşıl Partiyadan namizəd Cill Stein kimi müharibə əleyhdarı üçüncü partiya namizədlərini dəstəkləməyə çağırır.

Bu kritik ştatdakı rəy sorğularında Harris və Trampa dəstək demək olar ki, bərabərdir. Bayden 2020-ci ildə Miçiqanda Trampdan sadəcə olaraq 154 min çox səs toplayaraq qalib gəlib. 2016-cı ildə Tramp bu ştatda Hillari Klintonu 11 min səslə udub.

Ancaq Qəzza səbəbilə səsləri itirməsi o demək deyil ki, Harris Miçiqanda uduzacaq.

Ştatın əsas siyasi qüvvəsi olan Birləşmiş Avtomobil [Sənayesi] İşçiləri həmkarlar ittifaqı onu dəstəkləyib.

Və onun apardığı kampaniya qaradərili seçicilərin dəstəyini artırmaq üzərində çalışır.

"Əgər qaralar arasında seçici fəallığı artsa, və ərəb amerikalıkarın Demokratlara səsi azalsa, bunlar bir-birini kompensasiya edərmi? Bilmirəm. Həmkarlar İttifaqları insanların qapılarını döyüb, əllərindən gələni edirlər. Birləşmiş Avtomobil İşçiləri. Bu, fərq yarada bilər", Miçiqan Universitetindən Ronald Stokton deyir.

Başqa bir dəyişikən Trampın ərəb və müsəlman seçicilər üzərində təsirini artırması ola bilər.

Hamtrakın yəmənli amerikalı meri Amer Qalib ötən həftə Trampla görüşəndən sonra ona dəstəyini ifadə edib.

Bu dəstək simvolik əhəmiyyət daşıyır. Hamtrak şəhərinin 30 min sakini var və o, bütün ölkə boyu şəhər şurası yalnız müsəlmanlardan ibarət yeganə şəhərdir.

Forum

XS
SM
MD
LG