Accessibility links

Sadıq İsabəyli: Pezeşkian müsbət mənada işlər görmək istəyir, amma hələ ki, bir iş görülməyib


Sadiq İsabəyli
Sadiq İsabəyli

İranın yeni prezidenti Məsud Pezeşkianın rəsmi olaraq vəzifəyə başlamasından təqribən iki ay keçir. Siyasi şərhçi Sadiq İsabəyli Amerikanın Səsi ilə söhbətdə Pezeşkianın bu müddətdə göstərdiyi fəaliyyətlər və verdiyi açıqlamaları dəyərləndirib.

Sadıq İsabəyli: Pezeşkian müsbət mənada işlər görmək istəyir, amma hələ ki, bir iş görülməyib
please wait

No media source currently available

0:00 0:14:22 0:00

İsabəylinin sözlərinə görə, Məsud Pezeşkianın vəzifəyə gəlməsindən az müddət keçsə də, onun fəaliyyətlərinə qarşı qruplaşmalar hakimiyyət içində ortaya çıxmağa başlayıb.

“Məsud Pezeşkianın prezident dönəminin iki aylığını təhlil etsək, hələ ki, oturuşmuş bir prosesin aparıldığını tam görmürük. Amma ən azı bir neçə istiqamətdə biz görürük ki, hakimiyyətin öz içində Pezeşkianın fəaliyyətlərinə qarşı müəyyən yanaşmalar var. Məsələn Qərblə iş birliyinin aparılması, bölgədə sülhün və sabitliyin qorunması və problemləri danışıq yoluyla həll etmək yönündə açıqlamaları biz görürük", Sadiq İsabəyli söyləyib.

O, Pezeşkianın BMT-nın iclasında iştirak üçün Nyu Yorka səfərinə işarə edərək deyib ki, “ona qarşı çıxan bir sıra radikal qruplar və ya cərəyanlar Məsud Pezeşkian prezident seçiləndən sonra hər zaman onu tənqid edirlər. Elə Pezeşkianın son Nyu York səfərində BMT-dəki çıxışı, jurnalistlərlə görüşmələri və bir sıra çıxışlarına da çox ciddi tənqidlər ortaya qoyuldu. O, müxalif cərəyanlar deyir ki, Məsud Pezeşkian İran İslam Cümhuriyyətinin ölçüsündə bir prezident kimi davranmır, davranışlarını bilmir. Onlar Pezeşkianın o cümlədən ölkədə ədalətsiz siyasətin aparılması və qeyri-fars bölgələrin geridə saxlanılmasına dair açıqlamalarına da qarşı çıxırlar”.

İsabəyli prezident Pezeşkianın vədləri və açıqlamaları istiqamətində hələlik ciddi əməli addımların atılmadığını önə çəkib.

“Amma hər halda biz görürük ki, Məsud Pezeşkiandan sonra iqtisadi olaraq hələ bir ciddi gəlişmə yoxdur. İctimai-siyasi proseslərdə, o cümlədən rejimə müxalif olanların həbsi və hökmlərin verilməsi öz həllini tapmayıb. Hicabla bağlı etirazlar hələ də yerindədir. Rejim bununla bağlı geri addım atmayıb. Amma Məsud Pezeşkian keçənlərdə mətbuat konfransında elan etdi ki, mən lazim olan dairələrə problemləri bildirmişəm və demişəm ki, vətəndaşlara xoş münasibət göstərilsin”, siyasi fəal bildirib.

Sadiq İsabəyli əlavə edib ki, “indi Məsud Pezeşkian dedikləri doğrultusunda nə qədər uğur qazanacaq, bunlarla bağlı hələ ki, bir iş görülməyib. Amma verilən mesajlar o doğrultudadır ki, Pezeşkian istəyir ölkə daxilində müsbət mənada bir işlər görsün”.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG