Accessibility links

Azərbaycan Rusiyaya yeni səfir təyin edib


İlham Əliyev (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)
İlham Əliyev (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)

Azərbaycan Prezident İlham Əliyevin oktyabrın 1-də imzaladığı sərəncama əsasən Rəhman Mustafayev Azərbaycanın Rusiyada yeni səfir təyin edilib.

Rəhman Mustafayev bundan əvvəl Azərbaycanın Niderland Krallığında səfiri, eyni zamanda Azərbaycanın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifəsində çalışıb.

Rəhman Mustafayev 26 sentyabr 1963-cü ildə anadan olub. Moskva Dövlət Universitetində Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil alıb.

Mustafayev Azərbaycanın Yunanıstanda, Albaniyada, Fransada səfiri olub. 2022-ci ildən isə Azərbaycanın Niderland Krallığında səfiri idi.

Bundan öncə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu olub.

Rusiya Prezidenti Vladimir Putin keçmiş səfir Polad Bülbüloğlunun "Aleksandr Nevski" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Keçmiş səfir iki ölkə arasında müttəfiqlik əməkdaşlığının möhkəmləndirilməsində xidmətlərinə görə təltif edilib.

Sentyabrın 23-də o, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Rusiyadakı səfiri vəzifəsindən geri çağırılıb. Polad Bülübüloğlu hazırda Azərbaycan parlamentinin deputatıdır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG