Accessibility links

ABŞ qanunvericiləri COP29 ərəfəsində Azərbaycanda insan haqları ilə bağlı Dövlət Katibinə müraciət edib


Oktyabrın 3-də ABŞ-ın 58 qanunvericisi Dövlət Katibi Antoni Blinkendən Azərbaycan Prezidenti İlham Əliyevdən gələn ay keçiriləcək COP29 iqlim sammiti ərəfəsində insan hüquqları ilə bağlı təzyiq göstərməyi xahiş edib.

Reuters agentliyinin məlumatına görə, 10 senator və 48 konqresmen Blinkeni Azərbaycanı siyasi məhbusları azad etmək üçün “məqsədli tədbirlər” görməyə məcbur etməyə və “sülh danışıqlarını pozmaq riski ilə üzləşən” Ermənistana qarşı bəyanatları pisləməyə çağırıblar.

“Biz Dövlət Departamentini COP29-da uğurlu diplomatiya üçün daha əlverişli şərait yaratmaq üçün bütün siyasi məhbusların, girovların və hərbi əsirlərin, o cümlədən etnik ermənilərin dərhal və qeyd-şərtsiz azad edilməsi üçün təzyiq göstərməyə çağırırıq”, məktubda deyilir.

Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Zəngilan rayonunda sakinlərlə görüşündə ABŞ konqresmenlərinin müraciətinə münasibət bildirib.

"Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır", o qeyd edib.

Əliyev ABŞ-Azərbaycan münasibətlərinin dostluq xarakateri ilə bağlı deyilənləri tənqid edib.

“Bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. Ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər?”, dövlət başçısı vurğulayıb ki, "biz ancaq öz gücümüzə arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq".

Hüquq-müdafiə təşkilatları Azərbaycanda 319 nəfəri siyasi məhbus kimi tanıyıb. Siyasi məhbus kimi tanınan şəxslərin 18 nəfəri jurnalistlər və blogerlər, 3 nəfəri hüquq müdafiəçiləri, 30 nəfəri müxalif partiya və ictimai təşkilatların üzvləridir.

ABŞ Dövlət katibi Antoni Bilinken Azərbaycanın insan hüquqları və əsas azadlıqlarla bağlı beynəlxalq öhdəliklərinə əməl etməsinin vacibliyini vurğulayıb və haqsız yerə həbs edilənlərin azad edilməsinə çağırıb.

Buna cavab olaraq Azərbaycan Prezidentinin Mətbuat Xidməti bildirib ki, Prezident İlham Əliyev insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin tamamilə qəbuledilməz olduğunu deyib.

Ümumilikdə isə rəsmi Bakı siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Erməni rəsmi mənbələri hazırda Azərbaycanda 23 nəfər erməni əsilli insanın həbsdə olduğu bildirir. Azərbaycan tərəfi həbsdə olan erməni əsilli insanların sayı barədə məlumat vermir. Rəsmi orqanlar Azərbaycanda hərbi əsirlərin olmadığını, həbsdə olan erməni əsilli insanların konkret cinayət əməllərinə görə ittiham edildiyini bildirir.

Forum

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG