Accessibility links

Ukraynanın Femen qrupu İran səfirliyinin qarşısında müharibəyə etiraz edib


Femen feminist qrupunun fəalları İran səfirliyi qarşısında etiraz aksiyası keçirib. 4 oktyabr, 2024.
Femen feminist qrupunun fəalları İran səfirliyi qarşısında etiraz aksiyası keçirib. 4 oktyabr, 2024.

Ukraynalı feminist fəallar cümə günü İran səfirliyinin önündə çılpaq etiraz keçiriblər. Kyiv və Qərb İranın Rusiyanı silahlandırdığını deyir.

Ukraynanın Femen qrupu feminist kollektivdir və illərdir Ukrayna və xaricdə etiraz aksiyaları keçirir. Qrupun ən tanınmış etiraz növlərindən biri qadınların sinələri çılpaq və bədənlərində şüarlar yazılmış bir şəkildə nümayiş keçirmələridir.

Kyiv İranın Rusiyanın Ukraynaya hərbi müdaxiləsində “əlbir” olduğunu elan edib və müntəzəm olaraq Mokvanın mülki infrastrukturu hədəf alan hücumlarında istifadə etdiyi İranın Şahed dronlarının qalıqlarını tapdığını bildirir.

AFP iki fəalın Kyivdə İran səfirliyi yaxınlığında köynəklərini çıxardıqlarını, bədənlərində İran və Rusiya əleyhinə şüarlar yazıldığını və bu şüarları səsləndirdiklərini görüb.

Qərb hökumətləri İranı Moskvanı həm dron, həm də raketlərlə təmin etməkdə ittiham edib, Tehran isə dəfələrlə bu ittihamları rədd edib.

Ukrayna Prezidenti Volodimir Zelenski ötən ay BMT-də Rusiyanın İran və Şimali Koreya kimi avtoritat ölkələri cəlb etməsini pisləyib. Şimali Koreyanın da Rusiyanın Ukraynaya iki ildən çoxdur davam edən hərbi müdaxiləsində Moskvanı silahlandırdığı güman edilir.

“Rusiyanın İran və Şimali Koreyanı Avropadakı cinayətkar müharibəsinə əlbir etməsi, onların silahları ilə bizi, ukraynalıları öldürməsi üçün heç bir legitim səbəbi yoxdur,” Zelenski deyib.

Qərb ölkələri Rusiyanı Ukraynada istifadəsi üçün balistik raketlə təchiz etməsi səbəbilə İranın hava nəqliyyatına sanksiyalar tətbiq edib.

Qadın haqlarını müdafiə edən və seksizm və mühafizaəkar Ortodoksluq ilə mübarizə aparan Femen Ukraynada yaranıb, amma indi başqa ölkələrdə də qolları mövcuddur.

Qrup çox sayda etiraz askiyaları təşkil edib. Buna Rusiya Prezidenti Vlaidmir Putinin 2013-cü ildə Almaniyaya səfəri zamanı onu “dikator” çağırdığı etiraz aksiyası daxildir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG