Accessibility links

Əhsən Nuruzadə azadlığa buraxılıb


Əhsən Nuruzadə
Əhsən Nuruzadə

Oktyabrın 5-də "Müsəlman Birliyi Hərəkatı"nın üzvü Əhsən Nuruzadə 17 saylı cəzaçəkmə müəssisəsindən cəza müddəti başa çatdığına görə azadlığa buraxılıb.

Fəal 2017-ci ilin sentyabrında "Demokratik Qüvvələrin Milli Şurası"nın mitinqi ərəfəsində saxlanılıb və 10 sutka inzibati həbs cəzası alıb.

2017-ci oktyabrın 6-da isə Əhsən Nuruzadə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs olunub. 2018-ci il martın 6-da o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Nuruzadə 2015-ci il Nardaran hadisələri ilə bağlı həbs edilən inanclı fəalların hüquqi və ictimai müdafiəsinin koordinasiyası ilə məşğul olub və həbsinin səbəbini bunda görüb.

O, yerli və beynəlxalq hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Azərbaycan hökuməti isə ölkədə insanların əqidəsinə, inancına görə təqib edilmədiyini bildirir. Rəsmi Bakı siyasi məhbusların olduğuna dair iddiaları da qəbul etmir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG