Accessibility links

Rusiya Ukraynanın 47 dronunu məhv etdiyini bildirir


Belqorod.
Belqorod.

Rusiya çərşənbə günü Rusiya-Ukrayna sərhədində müxtəlif əraziləri hədəf alan Ukraynanın 46 hava dronunu məhv etdiyini bildirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, dronlardan 24-nü Bryansk bölgəsi, digərlərini isə Belqorod, Kursk, Rostov, Krasnodar və Azov dənizi üzərində vurulub.

Ukrayna qüvvələri Rusiyanın 2022-ci ilin əvvəlində başlayan tam-miqyaslı hərbi müdaxiləsini dəf etmək üçün dəfələrlə sərhəd bölgələri hədəf alıblar.

Ukrayna ordusu çərşənbə günü bildirib ki, gecə hücum zamanı 22 Rusiya dronundan 21-ni vurub.

Ukrayna hava qüvvələrinin məlumatına görə, dronlar Kyiv, Odesa və Vinnitsa regionları üzərində vurulub.

Rusiya həmçinin ən son gündəlik hücumlarında üç balistik raketdən istifadə edib və bu da Ukrayna Prezidenti Volodimir Zelenskini daha çox hava hücumundan müdafiə sistemi yardımı, habelə Qərbin verdiyi silahlardan Rusiya daxilindəki hərbi obyektləri vurmaq üçün icazə istəməyə vadar edib.

Şənbə günü Almaniyada Ukraynaya yardımın koordinasiyası məqsədilə ABŞ-ın başçılığı ilə ölkələrin iclası keçiriləcək, yüksək-səviyyəli danışıqlara ABŞ Prezidenti Co Bayden sədrlik edəcəkdi.

Lakin Birləşmiş Ştatlarda böyük qasırğanın gözlənildiyi bir vaxtda, Ağ Ev çərşənbə axşamı Baydenin danışqlarda iştirak etməyəcəyini bildirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG