Accessibility links

İranın Ali Məhkəməsi əmək fəalı Şərifə Məhəmmədinin edam hökmünü "ləğv" edib


Şərifə Məhəmmədi, siyasi fəal
Şərifə Məhəmmədi, siyasi fəal

Əmək fəalı Şərifə Məhəmmədinin vəkili onun edam hökmünün İranın Ali Məhkəməsi tərəfindən “ləğv” edildiyini bildirib.

Vəkil Əmir Rəisiyan bu barədə İranda islahatçılara yaxın olan Şərq qəzetinə məlumat verib.

“Şərifə Məhəmmədinin vəkili Əmir Rəisiyanın dediyinə görə, Ali Divan (Ali Məhkəmə) Məhəmmədinin işinə baxdıqdan sonra hökmü ləğv edərək, dosyeni yenidən baxılması üçün hökmü verən məhkəmə ilə eyni səviyyədə olan başqa şöbəyə göndərib,” deyə, Sharghdaily saytında yazılıb.

Şərifə Məhəmmədi haqqında iyul ayının 4-də “bəğy” (silahlı üsyan) ittihamı ilə ölüm cəzası çıxarılmışdı. Məhkəmə onun İslam Respublikasına müxalif qruplarla əməkdaşlıq etdiyini irəli sürərək üsyan ittihamından təqsirli bilindiyini açıqlamışdı.

Rəşt şəhərinin sakini olan Məhəmmədi keçən ilin dekabr ayında nəzarət altına alındıqdan bəri həbsdədir.

Fəalın anası keçən iyun ayında türk dilində bir video yayımlayaraq övladından xəbərsiz olduğunu və məsullara müraciət etsə də, onunla bağlı hər hansı bir məlumat ala bilmədiyini söyləmişdi.

Şərifə Məhəmmədi evli və 12 yaşında Aydın adlı uşağın anasıdır. Onun həyat yoldaşı Sirus Fəthi də keçən aylarda nəzarət altına alınıb və bir müddət sonra müvəqqəti olaraq sərbəst buraxılıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG