Accessibility links

Vali: Urmiyə gölünün xilası üçün adekvat maliyyə lazımdır


Urmiyə gölü
Urmiyə gölü

Şərqi Azərbaycan vilayətinin yeni valisi Bəhram Sərməst Urmiyə gölünün qurtarılması üçün sistemli yanaşma, milli strukturun yaradılması və yetərli maliyyə vəsaitinin ayrılmasına ehtiyac olduğunu deyib.

Sərməst bu yaxınlarda təşkil olunan Urmiyə gölünün xilası üzrə milli işçi qrupunun iclasında bu barədə danışıb. Prezidentin birinci müavininin sədrliyi ilə təşkil olunan iclasda kənd təsərrüfatı naziri, prezidentin elmi müavini, Şərqi Azərbaycan valisi, Qərbi Azərbaycan valisi (işçi qrupun katibi), Kürdüstan vilayətinin valisi, plan və büdcə təşkilatının sədri və ətraf mühit təşkilatının sədri iştirak edib.

Şərqi Azərbaycan valisi Urmiyə gölü məsələsinə yanaşmada sektoral baxışın sistemli baxışa dəyişdirilməsinin və vilayətlər səviyyəsində olan sistemin vilayətüstü milli sistemə çevrilməsinin vacibliyini vurğulayaraq, İbrahim Rəisi dönəmindən bəri davam edən mövcud yanaşmanı tənqid edib.

Bəhram Sərməst deyib ki, “Urmiyə gölünü canlandırma mərkəzinin katibliyinə vilayət səviyyəsinin üstündə səlahiyyətləri olan katib təyin edilməli və mərkəz üçün milli inkişaf fondundan adekvat və müvafiq maliyyə vəsaiti təmin edilməlidir”.

İranın ətraf mühit təşkilatının başqanı və prezident müavini Şina Ənsari Şərqi Azərbaycan valisinin təkliflərinə dəstək bildirib.

Rəsmi dövlət agentliyi İRNA-ya istinadən, Ənsari deyib ki, “Şərqi Azərbaycan valisinin regional yanaşma yerinə milli yanaşmanın vacibliyi ilə bağlı sözləri son illərdə diqqət yetirilməmiş bir xüsus olub”.

Ənsari Urmiyə gölünün taleyinin hər kəsin taleyi olduğunu deyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG