Accessibility links

İran Azərbaycanında səhiyyə işçiləri və əlilliyi olan vətəndaşlar askiya geçirib


Ərdəbil və Zəncanda aksiyalar (Mənbə: İran İşçilərinin Azad Birliyi)
Ərdəbil və Zəncanda aksiyalar (Mənbə: İran İşçilərinin Azad Birliyi)

İran Azərbaycanının Zəncan şəhərində bir neçə xəstəxananın işçiləri, Urmiyə və Ərdəbil şəhərlərində isə əlilliyi olan vətəndaşlar aksiya keçiriblər.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və İran İşçilərinin Azad Birliyi kimi mənbələr bu barədə məlumat yayıb.

İşçilərin Azad Birliyinin Telegram kanalında yayılan görüntü və xəbərə əsasən, Zəncanın Vəliəsr və Musəvi xəstəxanasına çalışan işçilər çərşənbə günü əllərində plakatlarla Zəncan Tibb Universiteti və vilayətin səhiyyə xidmətlərinin önündə piket keçiriblər.

İşçilərin gecikmiş maaş və digər ödənişlərini tələb etdiyi bildirilir. Onlar həmçinin maaşların müəyyənləşdirilməsində ədalətin yerinə yetirilməsini istəyirlər.

HRA agentliyi isə Urmiyə və Ərdəbil şəhərləri daxil olmaqla, İranın bir neçə şəhərində əlilliyi olan vətəndaşların mitinq keçirdiklərinə dair məlumat yayıb.

Əlilliyi olan vətəndaşlar keçən ildən bəri hüquqlarının təmin olunmamasına etiraz olaraq aksiyalar təşkil edirlər. Onların növbəti mitinqi çərşənbə günü dövlət rifah təşkilatı (Behzisti) şöbələrinin önündə keçirilib.

İranda uzun müddətdir əlilliyi olan vətəndaşlara dəstək qanununun 27-ci maddəsinin icra edilməməsinə etiraz edilir.

Yarı-rəsmi İLNA agentliyinə istinadən, “27-ci maddəyə əsasən, dövlət ağır əlilliyi olan və heç bir işi və ya gəliri olmayan əlil vətəndaşlar üçün yaşayış müavinəti müəyyən etməli və bunu illik büdcə qanunlarına daxil etməlidir. Yaşayış müavinəti minimum əməkhaqqına bərabər olmalıdır. Ancaq təqribən 7 il əvvəl qəbul edilmiş əlilliyi olan vətəndaşlara dəstək qanununun lazımi icra zəmanəti yoxdur.”

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG