Accessibility links

Azərbaycanın Beyrutdakı səfirliyinin heyəti qismən təxliyyə edilib


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycanın Livandakı səfirliyinin heyəti qismən təxliyyə edilib.

Azərbaycan Xarici İşlər Nazirliynin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Amerikanın Səsinə bildirib ki, Azərbaycanın Livandakı səfirliyi fəaliyyətini davam etdirir.

“Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir, ancaq heyət qismən təxliyə olunub”, o qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyi həmçinin bu il sentyabrın 26-da Livan və İsrail arasındakı gərginliklə əlaqədar vətəndaşlarına İsrailin Livan ilə sərhədinə yaxın ərazilərə səfər etməməyə çağırış edib.

Azərbaycanla Livan arasında diplomatik əlaqələr 1992-ci il sentyabrın 18-də yaradılıb. 2009-cu il sentyabrın 30-da Livanın paytaxtı Beyrutda Azərbaycanın səfirliyi açılıb.

Forum

XS
SM
MD
LG