Bazar günü Rusiya hava hücumundan müdafiə vasitələri Rusiyanın qərb bölgələri üzərində Ukraynanın 100-dən çox pilotsuz təyyarəsini vurub, Ukraynanın Krivıy Roh şəhərində isə ballistik raket hücumu nəticəsində 17 nəfər yaralanıb.
Rusiya Müdafiə Nazirliyi gecə ərzində Rusiyanın 7 bölgəsinə qarşı hücum zamanı 110 pilotsuz təyyarənin məhv edildiyini bildirib.
Təyyarələrin çoxu Rusiyanın sərhədyanı Kursk bölgəsini hədəf alıb və orada 43 pilotsuz uçuş aparatının vurulduğu bildirilir. Sosial şəbəkələrdə yayılan görüntülərdə hava hücumundan müdafiə vasitələrinin Nijni Novqorod vilayətinin Dzerjinsk şəhəri üzərində partlayıcı maddələr istehsal edən fabrikin yaxınlığında işlədiyi görünür.
Yerli qubernator Qleb Nikitin bazar günü sosial şəbəkədə yazıb ki, Dzerjinsk sənaye zonası üzərində pilotsuz təyyarənin hücumunu dəf edən 4 yanğınsöndürən yaralanıb, lakin o əlavə məlumat verməyib.
Moskvanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğalına başlamasından 2,5 il sonra Rusiyada belə irimiqyaslı hava hücumları hələ də nisbətən nadirdir.
Sentyabrın sonunda analoji hücumda Rusiya Müdafiə Nazirliyi yeddi regionda 125 pilotsuz aparatın məhv edildiyini bildirib.
Bu arada Ukraynanın Kryvyi Roh şəhərinin Rusiyanın iki ballistik raketi ilə vurulması nəticəsində 17 nəfər yaralanıb, rəsmilər bazar günü bildiriblər. Yerli administrasiya rəhbəri Oleksandr Vilkul bildirib ki, şənbə günü axşam saatlarında hücum evlərə və iş yerlərinə ziyan vurub.
Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, Rusiya gecə boyu ümumilikdə 49 pilotsuz uçuş aparatı və iki “İsgəndər-M” ballistik raketi buraxıb. Bildirilib ki, pilotsuz təyyarələrdən 31-i Ukraynanın paytaxtı Kyiv də daxil olmaqla, 12 regionda vurulub, daha 13-ü isə radarlardan itib, bu isə onların elektron müdafiə sistemi ilə sıradan çıxdığını göstərir.
Ukrayna prezidenti Volodimir Zelenski sosial mediada verdiyi açıqlamada bildirib ki, Rusiya təkcə son bir həftə ərzində Ukraynaya 800 idarə olunan hava bombasıatıb və 500-dən çox pilotsuz təyyarə ilə hücum edib.
Forum