Accessibility links

Nida Vətəndaş Hərəkatının üzvünün saxlanıldığı bildirilir


Mete Türksoy
Mete Türksoy

Nida Vətəndaş Hərəkatının üzvü Mete Türksoyun saxlanıldığı bildirilir. Bu barədə hərəkatın yaydığı məlumatda deyilir.

"Mete dünən saat 19:00 radələrində Nizami metrosunda metropoliten polisi ilə anlaşmazlıq yaşayıb və Nizami polis şöbəsinə aparılıb. Dünən axşam Mete Türksoy ilə əlaqə saxlamaq mümkün olub, o hər şeyin yaxşı olduğunu, saxlanımasına səbəb kimi polislə anlaşmazlıq yaşamasını deyib, izahat yazdığını bildirib", deyə, bəyanatda deyilir.

Nida Vətəndaş Hərəkatı bildirir ki, daha sonra Mete Türksoya qarşı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə ittiham verildiyi və məhkəməyə çıxarılacağı deyilib:

"Bu gün səhərdən etibarən Mete Türksoyun hər hansı məhkəməyə çıxarılmadığı məlum olub. Onun harda saxlanılması barədə hər hansı məlumat verilməyib. Mete ilə görüşmək istəyən dostlara Nizami polis şöbəsində müxtəlif bəhanələrlə icazə verilməyib, onun artıq şöbədə olmadığı qeyd edilib".

Hərəkatın bəyanatında deyilir ki, Türksoyun qeyri-siyasi səbəblərlə başlayan saxlanılmasının siyasiləşdiyinin qənaətindədirlər.

"Onun ictimai və siyasi fəaliyyəti, son dövrlərdə yazdığı statuslar və yaxın gələcəkdəki planlarının ona qarşı bu cür rəftarın əsas səbəbi olduğunu düşünürük. Mete Türksoyun vəziyyəti, harada saxlanıldığı və başına nə gəldiyi barədə yaxınlarına dərhal məlumat verilməsini tələb edirik", deyə, bəyanatda vurğulanır.

Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı mövqe almaq mümkün olmayıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG