Accessibility links

İsrail ordusu Beyrutun ətrafına hava zərbələri endirib


İsrail qüvvələri Beyrutun cənub ətraflarını hədəf alan hava hücumları həyata keçirib. Bundan bir gün əvvəl həyata keçirilmiş hücumda azı 40 nəfər ölüb.

Livanın beynəlxalq hava limanı yaxınlığı da daxil olmaqla, cümə axşamı bir neçə bölgəyə hava hücumu həyata keçirilib. İsrail ordusu hücumdan əvvəl insanları ərazini tərk etmələrini bildirən evakuasiya əmri verib.

Ordu bildirir ki, Beyrutdakı Hizbullah qərargahına və hərbi infrastruktura hava zərbələri endirilib.

Hizbullahın yeni lideri çərşənbə günü xəbərdarlıq edib ki, onun qüvvələri sülh üçün müraciət etməyə məcbur olana qədər İsraillə döyüşəcək.

Hizbullahın yeni lideri çərşənbə günü xəbərdarlıq edib ki, İsraill sülh üçün müraciət edənə qədər onun qüvvələri döyüşəcək.

"Biz düşməni təcavüzün dayandırılmasını tələb etməyə çalışacağıq" deyə Naim Kassem gizli ərazidən əvvəlcədən lentə alınmış çıxışında bildirib.

O, İsrailin hücumlarını dayandıracağı təqdirdə dolayı danışıqlara aparan yolun ola biləcəyini deyib.

"Düşmən təcavüzü dayandırmaq qərarına gəldikdə, bizim aydın şəkildə müəyyən etdiyimiz danışıqlar yolu var - Livan dövləti və [parlamentin spikeri Nabih] Berri vasitəsilə dolayı danışıqlar" - deyə, Kassem bildirib.

İsrail və Hizbullah arasında 13 aydır davam edən qarşıdurmada Livanda 3000-dən çox insan həlak olub. Onların böyük əksəriyyəti sentyabrın ortalarında hərbi əməliyyatların kəskin şəkildə artması və İsrail qüvvələrinin oktyabrın 1-də Livanın cənubuna daxil olmasından sonra həlak olub. 1 milyondan çox insan didərgin düşüb.

BMT-nin məlumatına görə, İsrail qüvvələrinin hücumlarını intensivləşdirdiyi Qəzza zolağında son vaxtlar 100 000 adam didərgin düşüb.

“Qəzzanın şimalında 75 mindən 95 minə qədər insanın qalacağı təxmin edilir. Son bir ayda orada ölənlərin sayının yüzlərlə olduğu düşünülür”, bu barədə çərşənbə günü jurnalistlərə BMT-nin sözçüsü Stefan Düjarrik bildirib.

Forum

XS
SM
MD
LG