Şənbə günü Çinin şərqində bir peşə məktəbində bıçaqlı hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb. Polis bildirir ki, məktəbnin keçmiş tələbəsi olan şübhəli şəx həbs edilib.
Yişinq polisi ölənlərin sayını təsdiqləyərək bildirib ki, hücum axşam saatlarında Jianqsu vilayətinin Yişinq şəhərində yerləşən Vuşi Peşəkar İncəsənət və Texnologiya İnstitutunda baş verib.
Polis şübhəlinin məktəbin 21 yaşlı keçmiş tələbəsi olduğunu və bu il məzun olmalı, lakin imtahanlardan kəsildiyini bildirib.
“O, qəzəbini ifadə etmək və bu cinayətləri törətmək üçün məktəbə qayıtdı,” polis bildirib və şübhəlinin etiraf etdiyini əlavə edib.
Bəyanatda deyilir ki, şübhəlinin bu əməli həyata keçirməsinə həm də çox güman ki, “staj təzminatı ilə bağlı narazılıq” səbəb olub. Polisin hücumla bağlı istintaqı davam edir.
Odlu silahlara ciddi nəzarətin olunduğu Çində bıçaqla zorakılıqla törədilən cinayətlər nadir olmasa da, belə yüksək ölüm sayı ilə nəticələnə hücumlar nisbətən nadirdir.
Bu həftənin əvvəlində 62 yaşlı kişi ölkənin cənubundakı Juhai şəhərində SUV avtomobilini izdihamın üzərinə sürməsi nəticəsində 35 nəfəri öldürüb, 40-dan çox insanı yaralayıb.
Son aylarda başqa hücumlar da baş verib.
Oktyabr ayında Şanxayda bir kişi supermarketə bıçaqla hücum edərək 3 nəfəri öldürüb, 15 nəfəri yaralayıb.
Bundan bir ay əvvəl isə Honq Konqla həmsərhəd olan Şençjen şəhərində bir yaponiyalı məktəbli ölümcül bıçaqlanıb.
Forum