Accessibility links

Gürcüstanda etirazçılar mübahisəli seçkilərdən sonra ilk iclasda parlament binasına yumurta atıb


Gürcüstanın yeni parlamenti Moskvaya yaxınlığı ilə tanınan "Gürcü Arzusu" partiyasımın ötən ay seçkilərdə qalib gəlməsindən sonra ilk iclasını keçirib. Parlamenti nönündə isə etirazçılar toplaşaraq binaya yumurta atıb.

Müxalif deputatlar noyabrın 25-də xarici diplomatları ilk iclasda iştirak edərək yeni parlamenti legitimləşdirməməyə çağırış etdikdən sonra sessiyanı boykot ediblər.

Aİ və digər Qərb rəsmiləri "Gürcü Arzusu"nun rəsmi olaraq 53,9 faiz səs qazandığı 26 oktyabr seçkilərinə ciddi şübhələrini bildiriblər.

Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbərinin də iştirak etdiyi açılış iclasının gündəliyindəki birinci məsələ bütün 150 deputatın səlahiyyətlərinin tanınmasıdır.

Gürcüstan Prezidenti Salome Zurabişvili isə MSK-nın təsdiq etdiyi nəticəni tanımaqdan imtina edib.

Zurabişvili Konstitusiya Məhkəməsində "seçkilərin nəticələrinin konstitusiyaya zidd olduğu üçün ləğv edilməsi tələbi" ilə iddia qaldırıb.

Gürcüstanda etriazçılar iddia edir ki, kampaniya və səsvermə zamanı geniş saxtakarlıq olub və Rusiya 2012-ci ildən hakimiyyətdə olan "Gürcü Arzusu"nun xeyrinə nəticəyə ciddi təsir edib. Onlar parlamentin qarşısında toplaşsalar da, polisin güclü müqaviməti səbəbindən girişi bağlaya bilməyiblər.

Prezident Salome Zurabaşvili bu günü təsvir edərək X-də "Qara Bazar ertəsi..." yazıb: "Gürcüstanda Qara Bazar ertəsi: Polis... "Gürcü Arzusunun qullarını" konstitusiyamızı öldürdüyü və Parlamentimizi ələ saldığı qapıları qoruyur".

Daha əvvəlki aksiyalarda polis nümayişçilərə güc tətbiq edərək onları dağıtsa da, lakin noyabrın 25-də heç bir qarşıdurma baş verməyib.

Sessiyada “Gürcü Arzusu”nun milyarder qurucusu və "fəxri sədr"i Bidzina İvanişvili də iştirak edib və onun Baş nazir kimi namizədliyini irəli sürmək hüququ var.

Rəsmi olaraq vəzifədə olmasa da, hökumətdə dominant kimi qəbul edilən İvanişvilinin hazırkı Baş nazir İrakli Kobaxidzenin vəzifəsini davam etdirməsi üçün deputatların təsdiqini tələb edəcəyi gözlənilir.

Gürcüstan ötən ildən etibarən Aİ üzvlüyünə namizəddir, lakin "xarici təsir" qanunu və "Gürcü Arzusu"nun rəhbərliyi altında LGBT əleyhinə atılmış bəzi addımlar bu səyləri dayandırıb.

Birləşmiş Ştatlar iyul ayında Gürcüstan hökumətinə 95 milyon dollardan çox yardımı dayandıracağını elan edərək, ölkənin demokratiyadan uzaqlaşdığı barədə xəbərdarlıq edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG