Bazar ertəsi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin üç aparıcı ticarət tərəfdaşı olan Çin, Meksika və Kanadaya tez bir zamanda tariflər tətbiq edəcəyini bildirdi. Bu, ticarət müharibələri və ABŞ istehlakçıları üçün daha yüksək qiymətlər perspektivini artırır.
Truth Social platformasında yazdığı qeydində Tramp, vəzifəyə gəldiyi ilk gün Meksika və Kanadadan ABŞ-a daxil olan bütün məhsullara 25 faiz tariflərin tətbiq olunması üçün bütün lazımi sənədləri imzalayacağını bildirib.
Tramp yazıb ki, narkotik maddələr və qeyri-qanuni miqrantlar problemli həll olunmayanadək bu rüstumlar qüvvədə qalacaq. Yeni seçilmiş prezident əlavə edib ki, Meksika və Kanada bu problemi həll edəcək gücə malikdirlər.
O, həmçinin Çinin ABŞ-a “külli miqdarda narkotiklərin, xüsusən də Fentanilin” göndərilməsində rolundan şikayətlənib.
Tramp sosial media hesabında yazıb ki, bu dayandırılmayana qədər ABŞ Çindən gələn məhsullara əlavə 10 faiz rüsum tətbiq edəcək.
Çin bu məsələyə “ticarət və ya tarif müharibəsində qalib olmayacaq” deyərək cavab verib.
“Çin hesab edir ki, Çin-ABŞ iqtisadi və ticarət əməkdaşlığı təbiət olaraq qarşılıqlı faydalıdır”, Çinin ABŞ-dakı səfirliyinin sözçüsü Liu Penqyu bildirib.
ABŞ, Meksika və Kanada Trampın əvvəlki prezidentlik dövründə yeni ticarət sazişi imzalayıblar və bu saziş 2026-cı ildə nəzərdən keçiriləcək.
Lakin müqavilə məhdudiyyətlərin tətbiqi üçün milli təhlükəsizlik məsələləri ilə bağlı istisnalarına imkan verir.
Vəziyyətlə tanış olan kanadalı mənbə bildirib ki, Tramp bazar ertəsi planlarını açıqladıqdan sonra Kanadanın baş naziri Castin Trudo ilə ticarət və sərhəd təhlükəsizliyini müzakirə ediblər.
Yeni ABŞ liderinin vəzifəsinin icrasına başlamağına iki qalıb. Bu isə o deməkdir ki, yaxın müddət ərzində onun danışıqlar aparmaq və Tramp administrasiyasının planlarında potensial dəyişikliklər etməyə vaxtı var.
Forum