Accessibility links

Zeynəb Həmrəng Seyidbəyli təqribən 2 il sonra Tehranın Evin həbsxanasından sərbəst buraxılıb


Zeynəb Həmrəng Seyidbəyli
Zeynəb Həmrəng Seyidbəyli

Təqaüdçü müəllim və həmkarlar ittifaqı fəalı Zeynəb Həmrəng Seyidbəylinin təqribən 2 il həbsdən sonra Tehranın Evin həbsxanasından sərbəst buraxıldığı bildirilib.

Hüquq müdafiəçiləri bu barədə İranda Müəllimlərin Həmkarlar Birliklərinin Koordinasiya Şurasına istinadən məlumat yayıblar.

Müəllim Birliklərinin Koordinasiya Şurasının bildirdiyinə görə, əslən İran Azərbaycanından olan müəllim və siyasi fəal bazar ertəsi günü azadlığa buraxılıb.

Həmrəng keçmiş illərdə də siyasi və mədəni fəaliyyətləri səbəbilə həbs və digər təzyiqlərə məruz qalıb.

İran Wire xəbər saytının məlumatına görə, xanım Həmrəng, o cümlədən 2020-ci ilin iyun ayında Tehran İnqilab Məhkəməsi tərəfindən “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq” və “İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyəti” göstərmək ittihamları ilə müvafiq olaraq 5 il və bir il həbsə məhkum olunmuşdu.

O, həmin ilin sentyabr ayında Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində saxlanılıb və məhkum olduğu həbs cəzasını çəkmək üçün Tehrana göndərilmişdi. Həmrəng həbs müddətinin təqribən 25 ayını keçirdikdən sonra bir “əfv” sərəncamından yararlanaraq sərbəst buraxılmışdı. Ancaq, o, sərbəst buraxıldıqdan bir müddət sonra başqa bir məhkəmə işi ilə bağlı yenidən həbs edildi.

Zeynəb Həmrəng Seyidbəyli keçən illərdə nəzarətdə saxlanıldığı zaman uzun müddət ailəsi ilə təmas qurmaqdan məhrum edilirdi.

Forum

XS
SM
MD
LG