ABŞ Prezidenti seçilən Donald Tramp administrasiyasına təyin etmək istəyidi bir sıra iqtisadi müşavirlərin adlarını açıqlayıb. Buna beynəlxalq ticarət vəkili Ceymison Qriirin ABŞ-ın ticarət nümayəndəsi vəzifəsinə nominasiya edilməsi daxildir.
Qriir Trampın ilk administrasiyasında ticarət nümayəndəsinin kadrlar rəisi vəzifəsində çalışıb və Tramp çərşənbə axşamı deyib ki, Qriir həm Çinə tariflər tətbiq edilməsində, həm də Kanada və Meksika ilə yeni ticarət razılığının yaradılmasında əsas rol oynayıb.
Tramp deyib ki, o, Ağ Evin Milli İqtisadi Şurasına başçı vəzifəsinə Kevin Hasseti seçir.
Hasset Trampın bir öncəki vəzifə müddətində İqtisadi Müşavirlər Şurasına başçılıq edib. Tramp bildirib ki, yeni rolda Hasset 2017-ci ildə tətbiq olunan bir sıra vergi kəsirlərini “yeniləyib, yaxşılaşdıramaq” üzərində işləyəcək və “Amerika ailələrinə Bayden administrasiyasının başlatdığı inflasiyadan bərpa olmağa yardım etməkdə mühüm rol oynayacaq.”
Tramp həmçinin çərşənbə axşamı səhiyyə sahəsində vəzifələrə bir neçə nəfəri nominasiya edib. Onlar arasında Milli Səhiyyə İnstitutunun baçısı vəzifəsinə nominasiya edilən səhiyyə iqtisadçısı Dr. Cey Battaçarya daxildir.
Battaçarya COVID-19 pandemiyası zamanı qapanmalar və məcburi vaksin kampaniyalarının sərt tənqidçisi olub.
Tramp deyib ki, Battaçarya “Milli Tibbi Araşdırmalarına rəhbərlik etmək və sağlamlığı yaxşılaşdıracaq və həyatları xilas edəcək mühüm kəşflər etmək” üçün Səhiyyə və Sağlamlıq Xidmətlərinə rəhbərlik etməyə nominasiya edilən Robert F. Kennedi Cunior ilə birlikdə işləyəcək.
“Birlikdə Cey və RFK Cr. Milli Səhiyyə İnstitutunu Qızıl Tibbi Tədqiqat Standartına qaytaracaqlar, çünki onlar Amerikanın səhiyyə sahəsində üzləşdiyi ən böyük çətinliklərin, o cümlədən bizim Xroniki Xəstəlik Böhranımızın əsas səbəbləri və həll yollarını araşdıracaqlar,” Tramp deyib.
Trampın çərşənbə günü etdiyi açıqlamada Səhiyyə və Sağlamlıq Xidmətinin keçmiş rəsmisi Com O’Nill də idarənin katib müavini vəzisəsinə nominasiya edilib.
Tramp həmçinin bildirib ki, o, özəl sərmayəçi Con Felanı Donanma katibi vəzifəsinə nominasiya edir.
Bundan öncə isə çərşənbə axşamı Trampın keçid komandası Bayden administrasiyası ilə federal agentliklərlə işləməyə başlamaq prosesi ilə bağlı anlayış memorandumu imzalandığını elan edib.
Trampın kadrlar rəisi Suzi Vaylsın açıqlamasında deyilir ki, “Bu bizim kabinetə nəzərdə tutulan namizədlərimizə kritik hazırlıqları görməyə imkan verir ki, buna hər bir departament və idarələrə komandların göndərilməsi və hakimiyyətin nizamlı şəkildə ötürülməsini yekunlaşdırmaq daxildir.”
Vaylsın açıqlamasında deyilir ki, keçid üçün yalnız özəl maliyyədən istifadə olunacaq və donorlar ictimaiyyətə açıqlanacaq.
O bildirib ki, Tramp-Vans keçid komandası hökumət ofisi və ya texnologiyalarından istifadə etməyəcək. O əlavə edib ki, keçid komandasının mövcud etika planı və “təhlükəsizlik və məlumatların qorunması proseduru var, bu isə o deməkdir ki, bizim əlavə hökumətin və ya bürokratik nəzarətə ehtiyacımız olmayacaq.”
Vaylsın açıqlamasında bildirilir ki, anlayış memorandumunun imzalanması o deməkdir ki, keçid komandaları “sürətli bir şəkildə birbaşa federal agentliklər və departamentlərə inteqrasiya olunacaqlar və onların sənədlərə və siyasi qərarlara çıxışı olacaq.”
Forum