Accessibility links

Təhlükəsizlik qüvvələrinin Təbrizdə iki milli fəalı həbs etmək cəhdi uğursuz olub


Hüseyn İsmayılzadə və Nima Radməniş
Hüseyn İsmayılzadə və Nima Radməniş

Bu gün, noyabrın 28-də Təbrizdə təhlükəsizlik qüvvələrinin azərbaycanlı milli fəallar Hüseyn İsmayılzadə və Nima Radmənişi həbs etmək üçün keçirdiyi əməliyyat nəticəsiz qalıb.

Hüquq müdafiəçilərinin sosial mediada yaydığı məlumata görə, təhlükəsizlik qüvvələri bu gün Hüseyn İsmayılzadənin iş yerinə basqın edib. Lakin fəal həmin vaxt iş yerində olmadığı üçün onu həbs etmək mümkün olmayıb. Məlumata görə, təhlükəsizlik məmurları iş yerində axtarış aparıb, lakin heç bir nəticə əldə etməyiblər.

Digər tərəfdən, təhlükəsizlik qüvvələri Nima Radmənişin evinə basqın edərək, onu həbs etmək üçün hərəkətə keçib. Lakin Radməniş həmin vaxt evdə olmadığı üçün bu cəhd də uğursuzluqla nəticələnib.

Son günlər Təbrizdə təhlükəsizlik qüvvələrinin Cavid Nəzmi və Vəhid Əbhəri də daxil olmaqla, türk fəalların həbsi bəzi müşahidəçilər tərəfindən milli fəallara qarşı təzyiqin artması kimi dəyərləndirilir.

Forum

XS
SM
MD
LG