Qəzzanın şimalındakı Kamal Advan xəstəxanasının direktoru və ərazinin mülki müdafiə agentliyi İsrailin cümə günü sağlamlıq mərkəzinə bir neçə zərbə endirdiyini bildirib.
"Xəstəxananın şimal və qərb tərəflərinə güclü və birbaşa atəşlə müşayiət olunan bir sıra hava zərbələri endirilib" deyən Hossam Əbu Safieh, dörd işçinin öldürüldüyünü və xəstəxanada heç bir cərrahın qalmadığını bildirib.
AFP xəbər agentliyi zərbələrlə bağlı İsrail ordusundan şərh istəyinə cavab almayıb.
Qəzzanın mülki müdafiə sözçüsü Mahmud Bassal cümə günü səhər AFP-yə bildirib ki, İsrail ordusu Kamal Advan xəstəxanasına daxil olub, xəstələri təxliyə edib və bir neçə fələstinlini həbs edib.
İsrailin son iki ayda Beyt Lahia şəhərində intensiv hərbi əməliyyatlar keçirib. Mülki müdafiə agentliyi bildir ki, əməliyyatlar son günlər intensivləşib və minlərlə insan bombardmanlar zamanı qaçmağa məcbur olub.
İsrail ordusu təxminən 14 ay əvvəl müharibə başlayandan bəri bir neçə dəfə Kamal Advana hücum edib. Xəstəxana reanimasiya şöbəsinin müdiri Əhməd əl-Kahlutun keçən ayın sonlarında hava zərbəsi nəticəsində öldürüldüyünü bildirib.
Hücumdan bir neçə gün əvvəl BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı təcili tibbi yardım qrupunun son 60 gündə ilk dəfə oraya çatdığını xəbər vermişdi.
Oktyabrın əvvəlindən İsrailin Qəzzanın şimalında apardığı əməliyyatlar səbəbindən Kamal Advana heç bir yardım çatmadığı üçün xəstəxanada yanacaq da daxil olmaqla əksər ehtiyatlar tükənmişdi.
İsrail ordusu bildirib ki, şimalda həyata keçirdiyi əməliyyat HƏMAS militantlarının orada yenidən qruplaşmasının qarşısını almaq məqsədi daşıyır.
Hüquq müdafiəçiləri orada qalanların evakuasiya edilməklə aclıqdan ölmək arasında seçim etdiklərini bildirir.
İsrail hökumətinin sözçüsü David Menser cümə axşamı bildirib ki, hərbi əməliyyatlar davam etdiyi müddətdə şimaldakı sakinlərin oraya geri qayıtmasına icazə verilməyəcək.
Qəzzada müharibə HƏMAS-ın 2023-cü ilin oktyabrında həyata keçirdiyi terror hücumundan sonra başlayıb. Hücum zamanı militantlar əksəriyyəti mülki şəxslər olmaqla 1200 nəfəri öldürüb, 250-yə yaxın insanı girov götürüb. Yerli səhiyyə rəsmilərinə görə, İsrailin əks-hücumu nəticəsində 44 000-dən çox fələstinlini ölüb, onların yarısından çox qadın və uşaqlardır.
HƏMAS və Hizbullah ABŞ, Birləşmiş Krallıq, Avropa İttifaqı və başqaları tərəfindən terror təşkilatı kimi tanınıb.
Forum