Accessibility links

İsrail Qəzzanın cənubuna hava zərbələri endirib

Fələstinli həkimlər İsrailin cümə axşamı Qəzzanın cənubuna hava hücumu həyata keçirdiyini bildirib. Nəticədə azı 10 nəfər ölüb, 15 nəfər yaralanıb.

Hava zərbəsi Xan Yunis şəhərinin qərbindəki əl-Məvasi bölgəsində yerləşən köçkün ailələrin yaşadığı çadır düşərgəsinə endirilib.

Həlak olanlar arasında Qəzza polisinin rəisi Mahmud Salah və onun köməkçisi Hussam Şahvan da var.

İsrail çərşənbə günü xəbərdarlıq edib ki, HƏMAS 2023-cü ilin oktyabrında götürdüyü girovları saxlamağa davam edərsə və İsrailə raket zərbələri endirərsə, qrupa qarşı zərbələrini gücləndirəcək.

"Mən buradan Qəzzadakı terrorçuların rəhbərlərinə açıq mesaj göndərmək istəyirəm: Əgər HƏMAS tezliklə Qəzzadakı israilli girovların azad edilməsinə icazə verməsə... və İsrail icmalarına atəş açmağa davam etsə, Qəzza uzun müddətdir şahidi olunmayan şiddətli zərbələrlə üzləşəcək" - deyə, müdafiə naziri İsrael Katz deyib.

Qəzzada qarşıdurma 2023-cü ilin oktyabrında HƏMAS silahlılarının İsrailin cənubuna hücum edərək 1200-ə yaxın insanı öldürməsi, 250 nəfəri girov götürməsi ilə başlayıb. Qəzzada hələ də 100-ə yaxın girov saxlanılır, onlardan üçdə birinin öldüyü güman edilir.

Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzaya əks hücumu nəticəsində 45 mindən çox insan həlak olub, 108 000 nəfər isə yaralanıb.

ABŞ, Böyük Britaniya, Avropa İttifaqı və digərləri HƏMAS-ı terror təşkilatı kimi tanıyır.

Forum

XS
SM
MD
LG