Accessibility links

Rusiya pilotsuz təyyarəsinin Kyivə hücumu nəticəsində 1 nəfər ölüb


Rusiya cümə günü Ukraynanın paytaxtı Kyivə pilotsuz təyyarələrlə hücum edib. Nəticədə bir nəfər ölüb, dörd nəfər yaralanıb. Bu barədə şəhər rəsmiləri bildirib.

Moskva qüvvələri qışın ilk həftələrindən etibarən Ukrayna ərazisində hava zərbələrini artırıb. Yeni il günü Kyivin mərkəzini hədəf alan hücum zamanı iki nəfər həyatını itirib.

"Düşmənin Kyiv vilayətinə hava hücumu nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb" deyə paytaxtın yerləşdiyi Kyiv vilayətin rəhbəri Mikola Kalaşnik bildirib.

O, vurulan Rusiya pilotsuz təyyarəsinin dağıntılarının yük maşının üzərinə düşməsi nəticəsində sürücünün həlak olduğunu bildirib.

Dağıntılar həmçinin bir evin üzərinə düşüb, nəticədə 3 nəfər yaralanıb.

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın bir gecədə 93 pilotsuz uçuş aparatı ilə hücum etdiyini bildirib. Məlumatda 60 aparatın havada zərərsizləşdirildiyi bildirilib. Apartlardan düşən parçalar Kyivin daha iki rayonuna düşsə də xəsarət alan olmayıb.

Forum

XS
SM
MD
LG