Accessibility links

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter Corciyada doğma şəhərində dəfn olundu


ABŞ-ın 39-cu prezidenti Cimmi Karter Corciyada doğma şəhərində dəfn olundu
please wait

No media source currently available

0:00 0:03:16 0:00

ABŞ prezidenti Cimmi Karterin həyatına və irsinə həsr olunmuş altı günlük rəsmi dəfn mərasimləri Corciya ştatında başa çatdı. Daha ətraflı Amerikanın Səsinin əməkdaşı Keyn Farabounun reportajında.

Vaşinqtondakı Milli Kafedralda beş sağ qalan ABŞ prezidentin də iştirakı ilə ABŞ-ın 39-cu prezidenti Cimmi Karterlə vidalaşmaq üçün rəsmi dövlət mərasimləri keçirildi.

Prezident Co Bayden 1976-cı il prezident seçkilərində dəstəklədiyi gündən tanıdığı Cimmi Karter üçün vida nitqi söylədi.

Co Bayden, ABŞ prezidenti:

“Mən 31 yaşında senator idim. Mən Corciyadan kənar ilk senator idim ki, onun prezidentliyə namizədliyini dəstəklədim. Bu dəstək Cimmi Karterin güclü bir xüsusiyyəti üzərində dayanırdı: Şəxsiyyət. Şəxsiyyət. Şəxsiyyət.”

1976-cı il prezidentlik yarışında Cimmi Karterin rəqibi olan prezident Cerald Fordun oğlu da mərhum atasının Karter üçün yazdığı sözləri oxudu.

Stiven Ford, Prezident Cerald Fordun oğlu: “Səmimiyyət və həqiqəti danışmaq Cimmi Karter adı ilə sinonim idi.”

Carter Mərkəzi xeyriyyə təşkilatının yaradıcısı kimi babasının irsini yad edən Ceyson Karter, onun dünyada xəstəliklərə mübarizə, ümid və sülh uğrunda səylərini vurğuladı.

Ceyson Karter, Carter Mərkəzinin sədri: “O, xəstəlikləri sevgi və hörmətlə məhv etdi. O, sülh uğrunda sevgi və hörmətlə mübarizə apardı. O, bu xalqa sevgi və hörmətlə rəhbərlik etdi.”

Vaşinqtonda başlayan hüznlü gün Karterin doğma şəhəri Pleinsə son səyahəti ilə başa çatdı.

Dot Padcet, Karetin seçki kampaniyasının könülüsü: “Onu bu kiçik şəhər formalaşdırdı.”

1976-cı ildə prezident seçkiləri kampaniyasında Cimmi Karteri dəstəkləyən “Peanut Brigade” könüllülər qrupunda çalışan Dot Padcet küçələrdə düzülən yüzlərlə insanla birlikdə keçmiş prezidentlə vidalaşdı.

Dot Padcet, Karetin seçki kampaniyasının könülüsü: “Mən bu şəhərdə Rozalin və Cimmi ilə çox vaxt keçirmişəm. Bu gün burada olmaq və ailə ilə birlikdə olduğum üçün şadam.”

Prezident Karter ömrü boyu Pleins şəhərini diqqət mərkəzində saxladı. Bir əsr ərzində ev adlandırdığı bu şəhərdən keçən son səyahəti isə həm media, həm də dünyanın hər yerindən gələn ziyarətçiləri cəlb etdi.

Ser Saymon Börns, Böyük Britaniya Parlamentinin keçmiş üzvü: “Bu, kədərli bir toplantıdır. Cimmi Karterin vəfatı ilə Amerika və dünya daha kiçik olacaq.”

Böyük Britaniya Parlamentinin keçmiş üzvü Ser Saymon Börns dostu Cimmi Karterlə vidalaşmaq üçün İngiltərədən gəlib.

Ser Saymon Börns, Böyük Britaniya Parlamentinin keçmiş üzvü “Tabut keçəndə vəziyyətin sonluğu həqiqətən məni təsirləndirdi. Bu, prezident Karteri son dəfə görəcəyimiz an idi.”

Maranata Baptist Kilsəsində keçirilən özəl vidalaşma mərasimindən sonra Cimmi Karterin cənazəsi son dəfə Pleins küçələrindən keçərək şəhərin kənarına, onun və Rozalinın 1960-cı illərdə tikdiyi təvazökar evinə aparıldı. Ağ Evdən ayrıldıqdan sonra onların evi olan bu yer, onların həyatlarının çox hissəsini balıq tutaraq keçirdikləri gölün yaxınlığındakı söyüd ağacının altında əbədiyyətə qovuşduqları məkandır.

Forum

XS
SM
MD
LG