Moldova Prezidenti Maya Sandu Moldovanın Ukrayna ilə sərhəddə yerləşən Rusiya tərəfdarı separatçı anklavı olan Dnestryanı ilə bağlı artan gərginlik fonunda ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün şənbə günü Kyivə səfər edib.
Yarım milyon əhalisi olan ərazidə bu ilin əvvəlindən etibarən istilik, isti su və elektrik enerjisində kəsintilər başlayıb, çünki Rusiya qazının ora axmasına imkan verən Kyiv-Moskva qaz tranziti müqaviləsinin müddəti başa çatıb.
“Biz təhlükəsizlik, enerji, infrastruktur, ticarət və Aİ yolunda qarşılıqlı dəstəyi müzakirə edəcəyik,” Sandu Ukrayna paytaxtına gələndən sonra X-də yazıb.
Cümə günü Dnestryanıda nümayiş keçirilib. Nümayişçilər Moldovanı Rusiya qazının tranzitini asanlaşdırmağa və enerji böhranına son qoymağa çağırıb.
Dnestryanıya Rusiyadan qaz Ukrayna və Moldovadan keçən boru kəməri vasitəsilə axırdı.
Kyiv yanvarın 1-də başa çatan tranzit müqaviləsini yeniləməkdən imtina edərək, Dnestryanıya Rusiya qazının nəqlini qəfil dayandırıb, bu səbəblə ərazi fövqəladə vəziyyət elan edib.
Moldovanın qalan hissəsində qonşu Rumıniyadan qaz və elektrik idxalı sayəsində qaz kəsilməyib.
Ukrayna üç ildir Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizə apardığı bir vaxtda, Moldova Rusiyanın Dnestryanı bölgəsində sabitliyi pozmaq cəhdləri halında münaqişənin Moldova ərazisinə yayıla biləcəyindən narahatdır.
Moldovanın baş naziri Dorin Reçan çərşənbə günü AFP-yə müsahibəsində Moskvanı Moldovada “qeyri-sabitlik” yaratmağa çalışmaqda ittiham edib. O deyib ki, böhran yalnız 1992-ci ildə Moldovaya qarşı müharibədən sonra Dnestryanıda yerləşdirilən rus qoşunları ərazidən çıxarılacağı təqdirdə həll edilə bilər
Forum