Accessibility links

Finlandiya Ukraynaya 198 milyon avroluq yardım ayırıb


Finlandiyanın müdafiə naziri Antti Hakkanen
Finlandiyanın müdafiə naziri Antti Hakkanen

Finlandiya Ukraynaya yeni hərbi yardım paketi ayırıb. Finlandiya Müdafiə Nazirliyi bildirir ki, bu, tammiqyaslı müharibə başlayandan bəri 27-ci yardımdır və onun məbləği 198 milyon avro təşkil edir.

Finlandiyanın Ukraynaya verdiyi müdafiə yardımının ümumi dəyəri hazırda 2,5 milyard avro təşkil edir.

"Demək olar ki, 200 milyon avroluq bu paket ukraynalılarla sıx əməkdaşlıq nəticəsində hazırlanıb. Biz məhz Ukraynaya cəbhədəki mövcud kəskin vəziyyətdə özünü müdafiə etməyə kömək edən dəstəyi veririk. Biz öz gücümüzü zəiflədə bilmərik, əksinə, hazırda dəstəyi daha da gücləndirmək lazımdır”, Finlandiyanın müdafiə naziri Antti Hakkanen bildirib. Hakkanen vurğulayıb ki, o, Skandinaviyadakı müttəfiqləri ilə Ukraynaya yardım məsələsini müzakirə edib və onların hamısı həmfikirdir ki, “silah tədarükü müstəqil dövlətlərin Ukraynada mövcud olmaq və insan həyatını qorumaq hüququnu təmin edir”.

Yardım paketinin məzmununun təfərrüatları "təhlükəsiz çatdırılmanı təmin etmək üçün" açıqlanmır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG