Accessibility links

Tramp Kanada və Meksikaya tətbiq olunması nəzərdə tutulan tariflərə fasilə verdi


ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Meksika və Kanadadan Birləşmiş Ştatlara idxal olunan mallara tətbiq ediləcək 25 faizlik tariflərə bir aylıq fasilə qoyub. O, bu addımı Meksika Prezidenti Klaudiya Şaynbaum və Kanada Baş Naziri Castin Trüdo ilə danışdıqdan sonra atıb.

Şaynbaum deyib ki, o, Birləşmiş Ştatlarla sərhədə opioid fentanil maddəsi axınının qarşısını almaq üçün 10,000 Milli Qvardiya qoşunlarını göndərəcək.

“Meksika şimal sərhədini möhkəmləndirəcək ... Meksikadan Birləşmiş Ştatlara narkotik maddə, ələlxüsusu fentanil qaçaqmalçılığını dayandırmaq üçün,” Şaynbaum X platformasında Trampla danışqdıqdan sonra yazıb. “Birləşmiş Ştatlar Meksikaya qüdrətli silahların qaçaqmalçılığını dayandırmaq yönümündə iş aparmağa öhdəlik götürüb.”

ABŞ Prezidenti Donald Tramp, Meksika Prezidenti Klaudia Şaynbaum, və Kanada baş naziri Castin Trüdo (Foto: Reuters)
ABŞ Prezidenti Donald Tramp, Meksika Prezidenti Klaudia Şaynbaum, və Kanada baş naziri Castin Trüdo (Foto: Reuters)

Meksika lideri əlavə edib ki, ölkələr təhlükəsizlik və ticarət sahələrində danışıqları davam etdirəcəklər və “tariflərə indilik bir aylıq fasilə verilib”.

Trüdo deyib ki, Kanada Birləşmiş Ştatlarla sərhəddə fentanil axınını dayandırmaq üçün yeni texnologiya və heyət yerləşdirəcək.

“Mənim indicə Prezident Trampla yaxşı söhbətim oldu,” Trüdo X platformasında yazıb. “Təklif olunan tariflərə biz birlikdə çalışdığımız müddətdə 30 gün fasilə veriləcək.”

Ağ Ev dərhal xəbəri təsdiqləməyib, lakin Tramp müxbirlərə deyib ki, Trüdo ilə telefon söhbəti “çox yaxşı” keçib.

Daha sonra Tramp özünün Truth Social platformasında bildirib: “Bu əsgərlər spesifik olaraq bizim Ölkəyə fentanil və qeyri-qanuni miqrantların axınını dayandırmaq üçün nəzərdə tutulub.”

ABŞ lideri deyib ki, gələn ayda ölkələr arasında sövdələşmə əldə etmək üçün danışıqlar aparılacaq.

Həm Şaynbaum, həm də Trüdo - ABŞ-ın üç ən iri ticarət partnyorlarından ikisi və o cümlədən Çin Trampın tarif tətbiq etmək planlarını tənqid etmiş və cavab tədbirləri görüləcəyini bildirmişlər.

Tramp Çinə 10 faiz tarif tətbiq etdiyini elan edib. Rəsmi Pekin qərarla bağlı Dünya Ticarət Təşkilatına şikayət edəcəyini bildirib.

Ağ Ev Milli İqtisadiyyat Şurasının direktoru Kevin Hassett deyib ki, Meksika, Kanada və Çinin cavab ölçülər götürəcəyini deməsinə və eskalasiya risklərinə baxmayaraq, baş verənləri "ticari müharibə" kimi xarakterizə etmək yanlışdır.

"Sərəncamı oxuyun - orada Prezident Tramp qəti şəkildə 100% aydın edir ki, bu, ticari müharibə deyil," Hassett bildirib. "Bu narkotika müharibəsidir."

Tramp bazar günü etiraf edib ki, Birləşmiş Ştatların ən iri üç ticarət partnyoruna yeni tariflər inflyasiyanın təsiri ilə üzləşmiş amerikalılar üçün ərzaq, yanacaq, maşın və digər əmtəə qiymətlərini bahalaşdıra bilər, lakin ABŞ maraqlarını qorumaq üçün bu bədəli ödəməyə dəyər.

Tramp yeni tarifləri onunla əsaslandırıb ki, bu üç ölkə Birləşmiş Ştatlara fentanil və sənədsiz miqrant axınını dayandırmaq üçün kifayət qədər tədbirlər görmürlər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp beynəlxalq məhkəməyə sanksiya tətbiq etdi
please wait

No media source currently available

0:00 0:13:08 0:00
XS
SM
MD
LG