ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Ağ Evdə İsrailin Qəzza zolağında HƏMAS militantları ilə atəşkəsə dair müzakirələr aparması üçün İsrailin baş naziri Binyamin Netanyahunu qəbul etməyə hazırlaşır.
Danışıqlar atəşkəsin əsas mərhələsinə təsadüf edir. İsrail və HƏMAS-ın Qəzzada saxlanılan bütün qalan girovların azad edilməsi, döyüşlərin daimi dayandırılması və İsrailin ərazidən çəkilməsi kimi ikinci mərhələnin şərtlərini razılaşdırmaq üçün dörd həftədən az vaxt qalır.
“Sülhün davam edəcəyinə dair heç bir zəmanətim yoxdur”, Tramp bazar ertəsi jurnalistlərə deyib.
Ağ Evə səfərdən əvvəl Netanyahu bazar ertəsi atəşkəs razılaşmasının təmin edilməsinə təkan verən ABŞ-ın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoff ilə görüşüb.
Netanyahunun ofisinin açıqlamasında görüşün “müsbət və dostluq” şəraitində keçirildiyi və onun “sazişin ikinci mərhələsi ilə bağlı İsrailin ümumi mövqelərini müzakirə etmək” üçün ABŞ-dan qayıtdıqdan sonra Təhlükəsizlik Kabineti ilə görüşəcəyini bildirilib.
Üç ölkənin döyüşlərin dayandırılmasında vasitəçilik rolunu davam etdirdiyi vaxt Vitkoffun Qətər və Misir rəsmiləri ilə danışıqlar aparacağı gözlənilir.
Atəşkəsdən əlavə, Netanyahu Trampla İranın təcavüzünə qarşı mübarizə və ərəb ölkələri ilə diplomatik əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə edəcəklərini bildirib.
Tramp ilk müddətində İsraillə dörd ərəb ölkəsi arasında normallaşma sazişlərinə vasitəçilik edib. İndi o, İsrailin Səudiyyə Ərəbistanı ilə əlaqələr quracağı daha geniş saziş əldə etməyə çalışır.
Lakin Səudiyyə Ərəbistanı bildirib ki, Qəzzada müharibə bitsə və Qəzza İordan çayının qərb sahili və şərqi Qüdsdə, İsrailin 1967-ci ildə Yaxın Şərq müharibəsində ələ keçirdiyi ərazilərdə Fələstin dövlətinə etibarlı yol olsa, belə bir sazişə razı olacaq.
ABŞ Fələstin dövlətçiliyini dəstəkləyir, lakin Netanyahu hökuməti buna qarşıdır.
ABŞ-ın terror təşkilatı olaraq təyin etdiyi HƏMAS indiyədək 18 girovu, İsrail isə yüzlərlə fələstinli məhbusu azad edib.
Qəzzada müharibə 2023-cü il oktyabrın 7-də HƏMAS militantlarının 1200 nəfəri öldürdüyü və 250-yə yaxın adamı girov götürdüyü hücumla başlayıb.
İsrailin 15 ay davam edən qarşıdurması nəticəsində yarısından çoxu qadın və uşaqlar olmaqla, 47 500-dən çox fələstinli həlak olub. İsrail ordusu bildirib ki, ölənlərin sayına onun öldürdüyü 17 min militant daxildir.
Forum