Accessibility links

İsveçin Orebro şəhərində böyüklər üçün məktəbdə atışma nəticəsində azı beş nəfər yaralanıb


Ciddi zorakı cinayət barədə məlumatlardan sonra polis maşını Risbergska məktəbinin binasının yaxınlığında görülüb, Orebro, İsveç, 4 fevral 2025-ci il.
Ciddi zorakı cinayət barədə məlumatlardan sonra polis maşını Risbergska məktəbinin binasının yaxınlığında görülüb, Orebro, İsveç, 4 fevral 2025-ci il.

İsveçin Orebro şəhərində yerləşən məktəblərdən birində atışma baş verib, nəticədə ən azı beş nəfər yaralanıb. Bu barədə İsveçin dövlət televiziyasi olan SVT məlumat yayıb.

Polisə həyəcan siqnalı yerli vaxtla saat 13:30-da daxil olub. Hadisənin təfərrüatları hələ açıqlanmayıb. Əməliyyat zamanı təhlükəsizlik qüvvələrinin xəsarət almadığı məlum olub. Polis sakinləri evdə qalmağa və hadisə yerinə yaxınlaşmamağa çağırıb.

İsveçin ədliyyə naziri Gunnar Strömmer vəziyyəti "çox ciddi" adlandırıb. Onun sözlərinə görə, hökumət polis orqanları ilə sıx əlaqədədir və "hadisələrin inkişafını diqqətlə izləyir".

Məktəb müəllimlərindən biri bildirib ki, artıq bir saatdan çoxdur otağında qalıb.

“Bundan əvvəl biz kabinetimizin tam yaxınlığında atəş səsləri eşitdik. Təxminən on atəş açıldı”- deyə, o bildirib.

Müəllimin sözlərinə görə, əvvəlcə bir neçə ardıcıl atəş açılıb, sonra qısa fasilə olub və yenidən atəş səsləri eşidilib.

Mətbuatda yayılan məlumatlara görə, atışma baş verən ərazidə bir neçə məktəb yerləşir. Onlardan birinin direktoru jurnalistlərə bildirib ki, şagirdlər təxliyə edilib. Bir neçə şagird və müəllim məktəbin yaxınlığındakı pizzaxanada gizlənib.

Forum

XS
SM
MD
LG