Accessibility links

İsrail qüvvələri İordan çayının qərb sahilində silahlı şəxsi öldürüb


İsrail ordusu çərşənbə axşamı bildirib ki, qüvvələri işğal olunan İordan çayının qərb sahilində əsgərlərə atəş açan silahlı şəxsi öldürüb.

İsrail Müdafiə Qüvvələrinin bildirdiyinə görə, atışma Tayasir kəndindəki nəzarət-buraxılış məntəqəsində baş verib.

İsrail fövqəladə hallar xidmətləri iki əsgər də daxil olmaqla ən azı altı nəfərin yaralandığını bildirib.

İsrail hərbçiləri son həftələrdə bölgədə, xüsusilə də Cenin ətrafında əməliyyat keçirir və bunun terrorizmin qarşısını almaq məqsədi daşıdığını bildirir.

Ordu bazar günü iki həftə əvvəl əməliyyata başladıqdan bəri ən azı 50 militantın öldürüldüyünü, fələstinli səhiyyə rəsmiləri isə İsrail qüvvələrinin ilin əvvəlindən İordan çayının qərb sahilində 70 nəfəri öldürdüyünü bildirib.

İordan çayının qərb sahilində zorakılıq HƏMAS-ın 2023-cü ilin oktyabrında İsrailə hücumundan və İsrailin Qəzza zolağında ABŞ-ın təyin etdiyi terror qruplaşmasına qarşı əks hücumundan sonra artıb.

Fələstinli səhiyyə rəsmiləri İsrail əsgərləri və məskulaşanların bu müddət ərzində 800-dən çox fələstinlini öldürdüyünü, İsrail isə fələstinlilərin hücumları nəticəsində ən azı 30 israillinin həlak olduğunu bildirir.

Forum

XS
SM
MD
LG