Accessibility links

ABŞ-Ukrayna danışıqları: Kyiv Rusiya ilə müharibədə 30 günlük atəşkəs təklifini dəstəkləyir


SAUDI-US-UKRAINE-CONFLICT-TALKS-DIPLOMACY
SAUDI-US-UKRAINE-CONFLICT-TALKS-DIPLOMACY

ABŞ və Ukrayna rəsmiləri çərşənbə axşamı Səudiyyə Ərəbistanının Ciddə şəhərində Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə son qoyulması səylərini müzakirə etmək üçün görüşüblər. Hər iki tərəf Kyivin ABŞ-ın təklif etdiyi 30 günlük atəşkəs rejimini dəstəklədiyini bildirib.

Danışıqlardan sonra yayımlanan birgə bəyanatda deyilir ki, “Ukrayna ABŞ-ın tərəflərin qarşılıqlı razılaşması ilə uzadılan və Rusiya Federasiyası tərəfindən qəbul və dərhal eyni vaxtda həyata keçirilməli olan 30 günlük müvəqqəti atəşkəsin qüvvəyə minməsi təklifini qəbul etməyə hazır olduğunu bildirib. Birləşmiş Ştatlar Rusiyaya çatdıracaq ki, Rusiyanın qarşılıqlı münasibəti sülhə nail olmaq üçün açardır”.

Birgə bəyanatda ABŞ-ın kəşfiyyat məlumatlarının mübadiləsinə olan fasiləni dərhal aradan qaldıracağı və Ukraynaya təhlükəsizlik yardımını bərpa edəcəyi qeyd edilir.

Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı keçirilən görüşlərdə iştirak etməyib. Ukraynanı onun apparat rəhbəri Andri Yerman, Ukrayna xarici işlər naziri Andrii Sıbiha, müdafiə naziri Rustem Umerov və ordu komandiri Pavlo Palisa təmsil edir.

Zelenski danışıqlardan öncə X-də yazıb ki, Ukrayna “praktiki nəticələrə” ümid edir.

Donald Trampın 2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi ilə başlayan müharibəni tez bir zamanda sona çatdırmaq istəyi fonunda ABŞ-ın nümayəndə heyətinə ABŞ dövlət katibi marko Rubio və milli təhlükəsizlik müşaviri Mayk Valtz rəhbərlik edir.

Rubio bazar ertəsi bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya yardımda yaranan fasiləni həll etmək istəyir.

O bildirib ki, ABŞ dinləmə modundadır və məqsədi Ukraynanın getməyə hazır olduğu güzəştləri anlamaqdır.

“Hazırda ukraynalılar artıq bütün müdafiə kəşfiyyatı məlumatlarını alırlar. Mən ümid edirəm ki, biz yardımda fasilə anlayışınə geniş bir şəkildə həll edə bilərik. Aydındır ki, sabah baş verənlər bunun üçün vacib olacaq,” Rubio Ciddəyə enmədən öncə hərbi təyyarədə müxbirlərə deyib.

“Biz bir otaqda oturuq, xəritə üzərində xəttlər çəkməyəcəyik, ümumi olaraq onlar [ukraynalılar] üçün hansı güzəştlərin mümkün olduğunu anlamağa çalışacağıq,” Rubio deyib və əlavə edib ki, müharibənin hərbi həlli yoxdur və həm Rusiya, həm də Ukrayna “çətin şeylər etməlidir.”

Daha sonra bazar ertəsi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Qırmızı dəniz sahilində yerləşən liman şəhəri Ciddədə Rubio ilə görüşüb.

Salman günü əvvəlində Ər-Riyadda Zelenski ilə də görüş keçirib.

Mineral sövdələşməsi?

Tramp hərbi yardımın davam etməsi üçün Ukraynanın xammallarına çıxışı şərt qoyub.

Qırxdan çox mineral, o cümlədən bir neçə növ nadir torpaq minelları, nikel və litim ABŞ iqtisadiyyatı və milli müdafiəsi üçün kritik hesab olunur. Ukraynanın böyük uran, litum və titan yataqları var.

Ancaq Rubio çərşənbə axşamı keçirilən danışıqlarda əsas məqsədin Ukraynanın mineral ehtiyatları ilə bağlı razılıq əldə etməyin olmadığını bildirib.

Forum

XS
SM
MD
LG