Accessibility links

Rusiya Ukraynanın Xerson regionuna havadan zərbə endirib, ölənlər var


Ukraynalə əsgər Ukraynanın Xarkiv bölgəsində rus mövqelərinə atəş açır. 12 mart, 2025.
Ukraynalə əsgər Ukraynanın Xarkiv bölgəsində rus mövqelərinə atəş açır. 12 mart, 2025.

Rəsmilərin cümə axşamı bildirdiyinə görə, Rusiyanın gecə hücumları nəticəsində Ukraynanın Xerson bölgəsində ən azı iki nəfər ölüb.

Xersonun qubernatoru Oleksandr Produkin Telegramda deyib ki, onun bölgəsi Rusiya dronları və mərmilərinin hücumuna məruz qalıb. O, bir nəfərin də yaralandığını bildirib.

Qonşu Dnipropetrovsk regionunda qubernator Serhiy Lısak deyib ki, Rusiyanın Dnipro şəhərinə hücumu nəticəsində ən azı üç nəfər xəsarət alaraq xəstənaya yerləşdirilib.

Lısak Telegramda bildirib ki, hücum nəticəsində bir neçə yaşayış binasına ziyan dəyib, bəzilərinin pəncələri partlayıb.

Sumı bölgəsində rəsmilər cümə axşamı bildirib ki, Rusiya dronları bir sıra qarajın üzərinə düşüb, onlardan təxminən 20-i yanıb.

Ukrayna ordusu cümə axşamı bildirib ki, Rusiya qüvvələrinin atdığı 117 drondan 74-nü vurub.

Ordunun məlumatına görə, dronlar Çernihiv, Dnipropetrovsk, Xarkiv, Xmelnitski, Kyiv, Mikolaiv, Odesa, Poltava, Sumı, Vinnitsia və Zaporijye regionları üzərində vurulub.

Rusiya Müdafiə Nazirliyi əksəriyyəti Rusiya-Ukrayna sərhədində yerləşən regionlar üzərində Ukraynanın 77 dronunu vurduğunu bildirib.

Kaluqa regionunun qubernatoru Vladislav Şapşa deyib ki, hücumlar nəticəsində bir nəfər yaralanıb, sənaye obyektinə, rabitə qülləsinə və elektrik xəttinə ziyan dəyib.

Rusiya ordusu Bryansk üzərində dronlardan 30-nu məhv etdiyini bildirib. Region rəsmiləri xəsarət və ya ziyanın olmadığını bildirib.

Ordu Rusiyanın hava hücumundan müdafiə sistemlərinin həmçinin Kursk, Voronej, Rostov və Belqorod üzərində də dronlar vurduğu barədə məlumat verib.

Hava hücumları ABŞ müqaqişədə atəşkəs əldə etmək üçün səylər apardığı bir vaxtda həyata keçirilib. ABŞ döyüşlərə 30 gün müddətinə son qoyulmasını təklif edib. Ukrayna bu təklifi qəbul edəcəyini bildirib.

ABŞ rəsmilərinin planı Rusiya rəsmiləri ilə müzakirə edəcəyi gözlənilir.

Rusiya Prezidenti Vladimir Putin çərşənbə axşamı gözlənilmədən ölkənin qərbində Kursk bölgəsindəki qoşunlara baş çəkərək, əsgərlərə bölgəni tez bir şəkildə regionu Ukrayna qüvvələrindən geri almağı əmr edib.

Hərbi forma geyinən Putin əsgərlərə deyib ki, o, Ukraynanın gələcəkdə hər hansı müdaxiləsinin qarşısını almaq üçün Kursk yaxınlığında, Ukraynanın Sumı bölgəsində yeni buffer zonası yaratmağı düşünür.

Forum

XS
SM
MD
LG