Moskva Şəhər Məhkəməsi Rusiyada casusluqda ittiham olunan ABŞ vətəndaşı Pol Uilanın məhkəməyə qədər həbs müddətinin dekabrın 29-dək uzadılması barədə məhkəmə qərarını qüvvədə saxlayıb.
İttihamları rədd edən həbs edilmiş sabiq ABŞ dəniz qüvvələri hərbçisinin vəkilləri noyabrın 19-da keçirilmiş apellyasiya dinləmələrində Uilanın məsələn, ev dustaqlığı kimi daha az məhdudlaşdırıcı cəzaya ilə qarşılaşmalı olduğunu bildiriblər.
"İnterfaks" agentliyinin verdiyi məlumata görə, Moskvanın Lefortovo rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb və apellyasiya şikayəti təmin edilməyib.
Kanada, İrlandiya və İngiltərə vətəndaşlığına da sahib olan Uilan həbsxana gözətçilərini onunla həbsdə olduğu müddətdə pis rəftar etməkdə ittiham edib.
49 yaşlı Pol Uilan Moskvada 2018-ci ilin dekabrında bir otel otağında gizli məlumat almaqda ittiham edilərək həbs edilmişdi.
O, casusluqda ittiham edilərək, 20 ilə qədər həbs cəzası ala bilər. Uilanın ailəsi onun toyda iştirak etmək üçün Moskvada olduğunu bildirib.
Bundan əvvəl Uilan həbsxanadakı pis saxlanma şəraitindən və kobud rəftardan şikayət etmişdi. Onun vəkili müvəkkilinin əməliyyata ehtiyacı olduğunu deyib.
ABŞ-ın Moskvadakı səfirliyi iyulun 1-də Uilanın vəziyyəti pisləşsə də, müstəqil tibbi müayinədən keçirilməsi barədə tələbinin rədd edildiyini bildirib.
Aprel ayında səfirlik Rusiyanı "oyunu dayandırmağa" və Uilanın casusluq iddiasının sübutunu təqdim etməyə çağırıb.