Accessibility links

Ağıllı güzgülər


Ağıllı güzgülər
please wait
Embed

No media source currently available

0:00 0:01:43 0:00

Online alış-verişi populyarlaşdıqca ənənəvi pərakəndə satış mağazaları müştəriləri cəlb etmək üçün əllərindən gələni edir. Onlar yeni texnologiyanın bunun öhdəsindən gələ biləcəyini düşünür.

Rəqəmsal güzgülər olduqca sadədir: Onlar yeni geyimi üstündə ölçən şəxsin şəklini çəkib saxlayır və onlara seçdiyi geyimdə necə göründüklərini göstərir. Bu texnologiyadan müştəri smartfonlar və ya əlin hərəkəti ilə istifadə edə bilər. Bu güzgülər alıcının seçdiyi geyimin rəngini belə dəyişə bilir.

İtalyalı dizayner və sahibkar Salvador Nissi Vilkovski ağıllı güzgünü təsadüfən icad etdiyini deyir. “O zaman mən interaktiv dizayn layihələri üzərində işləyirdim və ağlıma mağazada yeni bir təcrübənin necə yaradılması ideyası gəldi, onlar bunun üzərində işləyirdi ... Birdən-birdə belə bir fikir yarandı.”

Bu rəqəmsal texnologiya müştərilərə nəinki geyimlər, hətta makiyajı da "sınamaq" imkanı verir. “Makiyajda ənlik olduqca vacib komponentdir, görürsünüz ki, çox dəqiq işlədilib. Buna isə bizim Pixel əsaslı texnologiyamız yadım edir. Biz pixel-ləri bir-bir dəyişirik. Bu, unikal bir şeydir“ deyə, Vilkovski bildirir.

Buradakı aksesuarlar da cəlbedicidir. MEMOmi Inc-in meneceri Kaviş Şarma: “Əvvəlcə üz skan edilir, sonra isə günəş eynəklərini taxırsınız. Əslində gözünüzə taxmırsınız, onların gözünüzdə necə göründüyünü özünüz kənardan baxarkən daha yaxşı görə bilirsiniz.”

Müştərilərin daha çox online alış-veriş etməsinə görə gəlirlərini itirən mağazalar üçün bu, böyük üstünlük ola bilər.

XS
SM
MD
LG