ABŞ-da İŞİD tərəfdarı və Ağ Evə tank əleyhinə raketlə hücum etməyi planlaşdırdığı iddia olunan şəxs həbs olunub.
FBİ agentləri 21 yaşlı Haşer Callan Tahebi Corciya ştatının Atlanta şəhərinin yaxınlığındakı Kaminq şəhərində öz avtomobilini silah və partlayıcı maddələr almaq üçün gizli aqentə verdiyi zaman həbs edib.
Taheb agentlərə Ağ Ev və Nyu-Yorkdakı Azadlıq Heykəli də daxil olmaqla, bir neçə yeri hədəf aldığı barədə məlumat verib.
Səlahiyyətlilər bildirirlər ki, keçən il Tahebi tanıyanlardan biri yerli polisə onun radikallışdığını və səyahət etməyi planladığı barədə xəbərdarlıq edib.