Accessibility links

Ağ Evə qayıdan Tramp amerikalıları COVID-19-dan "qorxmamağa" çağırıb


ABŞ Prezidenti Donald Tramp virusa yoluxduğuna görə 72 saat xəstəxanaya yerləşdirildikdən sonra bazar ertəsi axşam Ağ Evə qayıdaraq, amerikalıları COVID-19-dan “qorxmamağa” çağırıb.

Fiziki hazırlığını nümayiş etdirərkən o, pilləkənlərlə qalxıb Truman balkonunda maskasını çıxararaq, iki dəfə əli ilə “əla” işarəsini göstərib və Ağ Evin cənub meydançasından havaya qalxmağa hazırlaşan “Marine One” helikopterini salamlayıb. Daha sonra prezident üz maskasını taxmadan başqalarının onun gəlişini gözlədiyi Ağ Evə daxil olub.

Daha əvvəl Volter Rid Milli Hərbi Tibb Mərkəzindən çıxarkən Tramp "Hamınız çox sağ olun" deyib.

Vertolyotdan enərkən Ağ Evin iqamətgahına doğru addımlayan prezident üzünü kameralara çevirərək ayaq saxlayıb və əlini yelləyərək jurnalistləri salamlayıb. Amerikanın Səsi onun özünü necə hiss etdiyini soruşduqda o, “həqiqətən yaxşı” cavabını səsləndirib.

Axşam saatlarında COVID-19 haqqında yazılmış müraciəti tvit kimi paylaşaraq "Bunun sizə hakim olmasına imkan verməyin. Ondan qorxmayın" deyib.

"Geri qayıdırıq, işimizə qayıdırıq. Önə çıxacağıq" deyən Tramp "Həyatınıza hakim olmasına icazə verməyin, diqqətli olun" sözlərini əlavə edib.

Trampın seçki kampaniyası sorğularda sabiq vitse-prezident Co Baydendən geri qaldığı Respublikaçı prezidentin Demokrat Partiyasının namizədi ilə oktyabrın 15-də keçiriləcək ikinci debatda iştirak etməyi planlaşdırdığını bildlirib.

Şərhlərə bax

XS
SM
MD
LG