Accessibility links

Ağ Ev: Üsamə bin Ladenin oğlu ABŞ-ın terror əleyhinə əməliyyatı zamanı öldürülüb


Həmzə bin Laden
Həmzə bin Laden

Ağ Ev şənbə günü Əl-Qaidənin təsisçisi Üsamə bin Ladenin oğlunun ABŞ-ın Əfqanıstan-Pakistan regionunda apardığı terror əleyhinə əməliyyat zamanı öldürüldüyünü bildirib.

Ağ Ev yaydığı bəyanatda bildirib ki, “Həmzə bin Ladenin ölümü Əl-Qaidəni təkcə onun mühüm liderlik bacarıqları və atası ilə olan simvolik əlaqəsindən məhrum etmir, həm də qrupun vacib əməliyyatlarına xələl gətirir”.

ABŞ prezidentinin bəyanatı
ABŞ prezidentinin bəyanatı

Ağ ev oğul Bin Ladeni “Əl-Qaidənin planlaşdırma və digər terror qrupları ilə əlaqəsinə görə məsuliyyət daşıyan yüksək səviyyəli üzvü” olduğunu bildiirb.

Bəzi media təşkilatları daha öncə Həmzə bin Ladenin iki əvvəl öldürüldüyünə dair xəbər yaymışdı, lakin prezident Donald Tramp bu xəbəri yalnız şənbə günü təsdiq edib.

Həmzə bin Ladenin 30 yaşlarında olduğu deyilir.

Onun atası 1996-cı ildə ABŞ-a qarşı müharibə elan edib və 2001-ci ilin 11 sentyabrında Birləşmiş Ştatlara qarşı terror hücumlarının arxasında da o olub. ABŞ Donanmasının üzvləri onu 2011-ci ildə Pakistanın Abbottabad şəhərindəki evinə reyd zamanı öldürüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG