Accessibility links

ABŞ və Birləşmiş Krallıq: Biz bu rejimi sözlərinə görə deyil, seçimlərinə və hərəkətlərinə görə mühakimə edəcəyik


Britaniya və ABŞ Əfqanıstanla bağlı razılaşdırılmış bir strategiya hazırlamaq üçün digər ölkələrlə birlikdə işləyəcəyini bildirib və son nəticədə Talibanın fəaliyyəti ilə bağlı verdiyi sözləri necə yerinə yetirəcəyinin vacib olduğunu vurğulayıb.

"Biz bu rejimi sözlərinə görə deyil, seçimlərinə və hərəkətlərinə görə - terrora, cinayətə və narkotik maddələrə, habelə humanitar yardımlara və qızların təhsil almaq haqlarına münasibətinə görə mühakimə edəcəyik" - deyə, Boris Conson çərşənbə günü parlament üzvlərinə bildirib.

Conson çərşənbə axşamı ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb. Ağ Evin bəyanatında liderlərin "dünya ictimaiyyətinin qaçqınlara və digər həssas əfqanlara daha çox humanitar yardım və dəstək verə biləcəyi yollar da daxil olmaqla, müttəfiqlər və demokratik tərəfdaşlar arasında Əfqanıstan siyasəti ilə bağlı sıx koordinasiyanın davam etdirilməsinin vacibliyini müzakirə edib" deyilib. Onlar vəziyyəti müzakirə etmək üçün gələn həftə Böyük Yeddilər-in (G-7) liderlərinin görüşünü keçirməyk üzərində ralışaşıb.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan çərşənbə axşamı jurnalistlərə verdiyi açıqlamasında beynəlxalq ictimaiyyətin Talibandan "əsasən insan haqları və insan ləyaqəti ilə bağlı öhdəlikləri yerinə yetirmələrini" gözlədiyini deyib.

O bildirib ki, Bayden administrasiyası Talibana birbaşa olaraq "müəyyən əməllərin bədəllərini və çəkindirici amilləri və bizim gözləntilərimizi" çatdıracaq.

Bu açıqlamalar radikal hərəkat Əfqanıstan üzərində nəzarəti gücləndirdiyi bir vaxt, Taliban rəsmilərinin qadınların hüquqlarına "İslam qanunları çərçivəsində" hörmət edəcəkləri və "inklüziv İslam" hökuməti quracağına söz vermələrindən sonra səsləndirilib.

Əfqanıstanın paytaxtı Kabil ətrafında vəziyyət Talibanın şəhəri ələ keçirməsindən bir neçə gün sonra sakit qalmaqda davam edir.

.
.

Bazar günündən bəri boşalan küçələrdə gediş-gəliş artıb. Çərşənbə günü küçələrdə daha çox qadın görünməyə başlayıb, amma onların əksəriyyətini ya yaşlı qadınlar, ya da çox gənc qızlar təşkil edib.

Lakin Kabilin lüks bölgələrindəki küçələrdə və ya kafelərdə gənc əfqan qadınlarının normal izdihamı olmayıb. Küçədələrdəki qadınlar Talibanın Kabili ələ keçirməsindən sonra daha çox örtülü, kişilər isə ənənəvi şalvar kamiz geyimində görünüb.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG