Accessibility links

Ağ Ev Əfqanıstan hərbi qüvvələrinə maliyyə yardımının artırılmasını təklif edib


Əfqanıstanın Hərbi Akademiyasının üzvləri
Əfqanıstanın Hərbi Akademiyasının üzvləri

Birləşmiş Ştatlar Əfqanıstandakı ABŞ hərbi qüvvələrinin yoxluğunun daha çox maliyyə ilə konpensasiya edilə bəcəyinə ümid edir.

ABŞ Prezidenti Co Bayden cümə günü Əfqanıstan qüvvələri üçün 3,3 milyard dollar da daxil olmaqla, 2022-ci maliyyə ili üçün 715 milyard dollarlıq müdafiə büdcəsi təklifini açıqlayıb.

Təklif ABŞ-ın ötən maliyyə ilində Əfqanıstana ayırdığı maliyyədən 300 milyon dollar çoxdur. Təklif konqres tərəfindən təsdiqlənərsə, Əfqanıstan Təhlükəsizlik Qüvvələri fondunun maliyyəsi Əfqanıstanın Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinin 352 000 üzvü üçün avadanlıq və təlim, eləcə də infrastruktur ehtiyaclarının ödənilməsinə kömək edəcək.

"İnanırıq ki, Əfqanıstandan çıxdığımızı nəzərə alaraq, oradakı qüvvələr üçün əlavə təhlükəsizlik dəstəyi təmin etməliyik" - deyə Pentaqonun baş maliyyə direktoru və müdafiə katibi müavini vəzifəsini icra edən An Makandryu jurnalistlərə bildirib.

Hərbi planlaşdırıcılar Əfqanıstanda "birbaşa müharibə xərclərinin" qarşılanması üçün ayrıca 8,9 milyard dollar istəyib. Bu da əvvəlki ilə nisbətən təxminən 4 milyard dollar azdır.

MakAndryu bildirib ki, bu pulun bir hissəsi ABŞ qüvvələrinin Əfqanıstandan çəkilməsi zamanı yaranan, eləcə də Əfqanıstanın xaricindən yardımın göstərilməsi ilə bağlı xərcləri ödəməyə kömək edəcək.

Hərbi yardımla yanaşı, Əfqanıstanın ABŞ Dövlət Departamentindən də daha çox maliyyə alacağı ehtimal edilir.

Cümə günü Dövlət Departamenti 2022-ci maliyyə ili büdcəsində Əfqanıstanda terrorizm, narkotik ticarətinə qarşı mübarizə və qadınların hüquqlarının müdafiəsi üçün təqribən 360 milyon dollar təklif etdiyini bildirib. Bu yardım da ötən ilə nisbətən 34 milyon dollar artıqdır.

ABŞ diplomatları və müdafiə nazirliyinin rəsmiləri Əfqanıstan hökumətinin çətinliklərin öhdəsindən gələ biləcəyinə və Talibanın keçən il ABŞ-la imzaladığı müqaviləyə sadiq qalacağına ümidlərini dilə gətirib.

XS
SM
MD
LG