Accessibility links

Ağ Ev 2020-ci il üçün büdcə layihəsini açıqlayıb


2020-ci il üçün büdcə planı

Ağ Ev bazar ertəsi 2020-ci il üçün 4.7 trilyon dollarlıq büdcəni açıqlayıb. Buna prezidentin qeyri-qanuni immiqrasiyanın qarşısını almaq məqsədilə ABŞ-Meksika sərhədində divarın inşası üçün tələb etdiyi 8.6 milyard dollar da daxildir.

Trampın büdcə layihəsində Pentaqonun büdcəsinə 5 faizlik artıma, qeyri-hərbi xərclərin isə 5 faiz azaldılmasına çağırılır ki, bu da yaşlı amerikalıları sağlamlıq sığortası və pensiya ilə təmin edən populyar proqramlara ayırılan büdcənin kəsilməsi deməkdir.

İdarəetmə və Büdcə İdarəsinin müvəqqəti direktoru Ras Vout deyib ki, Trampın büdcə planı “maliyyə məsələləri üzrə məsuliyyəti əks etdirir”.

“Biz demək istəyirik ki, biz ölkənin təhlükəsizliyini artırmağa davam etməliyik. Biz sərhəddə təhlükəsizliyi gücləndirməyə davam etməliyik” , o deyib.

Senatda Demokrat partiyasının lideri Çak Şumer Trampın təklifini “biyabırçı büdcə” və “orta sinfin qarnına yumruq” adlandırıb.

Şumer və Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu həftə yaydıqları bəyanatda bildiriblər ki, prezidentin “bahalı və effektiv olmayan divarı” inşa edə bilmək üçün tələsik höküməti bağlaması genişmiqyaslı hərc-mərclik yaratdı”.

Konqres divarın inşası üçün maliyyə ayırmağı rədd edib və nəticədə Tramp məğlubiyyətini qəbul edib, höküməti yenidən açmağa məcbur olub. Hər iki yüksək səviyyəli demokrat deyir ki, əgər “o buna yenidən cəhd etsə” eyni şeylər baş verəcək.

XS
SM
MD
LG