Accessibility links

Ağ Ev ABŞ-ın 60-dan çox ölkəyə azı 110 milyon doza COVID-19 peyvəndi göndərdiyini bildirib


Ağ Ev çərşənbə axşamı ABŞ-ın 60-dan çox ölkəyə 110 milyon dozadan çox ABŞ istehsalı olan COVID-19 peyvəndi göndərdiyini bildirib.

Ağ Evin açıqlamasında deyilir ki, peyvəndlərin çoxu Dünya Səhiyyə Təşkilatının idarə etdiyi COVAX təşəbbüsü vasitəsilə, eyni zamanda Afrika Birliyi və Karib İcması (CARICOM) kimi regional ortaqlıqlar vasitəsi ilə göndərilib.

Ağ Ev ianələrin Prezident Co Baydenin dünyanın digər ölkələrinə azı 80 milyon peyvənd dozası verəcəyi vədinin yerinə yetirildiyini əks etdirdiyini və onların "ABŞ-ın növbəti həftələrdə göndərəcəyi yüz milyonlarla dozanın" bir hissəsi olduğunu bildirib.

Bəyanatda deyilir ki, Bayden administrasiyası dünyanın 100 az təminatlı ölkəsinə yarım milyard doza Pfizer-BioNTech peyvəndini göndərməyə başlayacaq.

Baydenin çərşənbə axşamı vaksin ianəsini və digər səyləri müzakirə edəcəyi gözlənir.

Prezident açıqlamasını ABŞ-da və dünyada koronavirusun çox yoluxucu delta variantı səbəbilə infeksiyaların artması fonunda edəcək.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG