Accessibility links

Ağ Ev Antoni Fauçinin Konqresdə ifadə verməsinin qarşısını alır


Dr. Antoni Fauci
Dr. Antoni Fauci

Ağ Ev ABŞ-ın yoluxu xəstəliklər üzrə aparıcı eksperti olan Antoni Fauçinin çərşənbə günü Tramp administrasiyasının COVID-19 pandemiyasına cavabını araşdıran Nümayəndələr Palatası komitəsinin önündə ifadə verməsinin qarşısını alır. Ağ Evin sözçüsü Cudd Diir bəyanat yayaraq bildirib ki, Fauçinin ifadəsi “əks-nəticələr”verəcək.

Tramp administrasiyası Amerikanı təhlükəsiz şəkildə yenidən açmaq və vaksin istehsalını sürətləndirmək daxil olmaqla COVID-19-a qarşı hərtərəfli mübarizə apardığı bir vaxt bu səylərdə iştirak edən insanların Konqres qarşısında ifadə verməsi “səmərəli deyil,” Diir deyib.

Fauçi və ABŞ prezidenti Donald Tramp virusun yayılmasına qarşı mübarizə yolları ilə bağlı fikir ayrılıqları yaşayıblar. Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Fauçi ölkənin virusa qarşı test imkanlarını qınayıb və bunu “qüsur” adlandırıb. Tramp ötən ay Twitterdə başqa bir hesabda #FireFauci (Fauçini işdən çıxarın) heşteqi ilə paylaşılan tviti öz səhifəsində paylaşmışdı. Buna baxmayaraq Ağ Ev prezidentin populyar alimi işdən çıxarmaq niyyətində olmadığını deyir.

ABŞ-ın 50-ştatının yarısından çoxunun qubernatorları karantin rejimlərini qismən yumşaltmaq üçün addımlar atıblar, onlar yoluxma hallarında artımın bizneslərin yenidən bağlanmasına səbəb olmayacağına ümid edir.

Əksəriyyəti Demokratlar partiyasından olan digər ABŞ qubernatorları isə məsələyə daha ehtiyatla yanaşırlar və ştatlarının iqtisadiyyatlarını yenidən işə salmaq ehtiyacı ilə koronavirusla bağlı narahatlıqlar arasında balans tapmağa çalışırlar.

Bəzi ABŞ qubernatorları məhdudiyyətləri yumşaltmağa çalışsa da, Fauçi onlara bu məhdudiyyətləri vaxtından əvvəl qaldırmalarının əleyhinə xəbərdarlıq edib.

“Əlbəttə ki, bu, işə yaraya bilər, amma çox böyük bir risk alırsınız,” Fauçi CNN-ə müsahibəsi zamanı bildirib.

Bir digər xəbərdarlıq Minnesota Universitetindən gəlib. Universitet pandemiyanın iki il daha davam edə biləcəyini bildirib. Minnesota Universitetinin Yoliuxu Xəstəliklərin Araşdırma və Siyasət Mərkəzi cümə axşamı yaydığı hesabatda xəbərdarlıq edib ki, ABŞ-da yoluxma hallarının pik nöqtəsi payızda olacaq və ondan sonra yoluxmalar tədricən azalacaq.

ABŞ-ın Ərzaq və Dərman Administrasiyası remdesivir adlı antivirus dərmanından fövqəladə istifadəyə icazə verib və beləcə xəstəxanalar koronavirusun müalicəsində bu dərmandan istifadə edə bilər. Bu yaxınlarda əldə edilən kliniki məlumatlar dərmanın koronavirusun müalicəsində müsbət nəticələr verdiyini göstərib.

Dünya boyu 3.3 milyondan çox insan koronavirusa yoluxub və 240 minə yaxın insan da COVID-19 səbəbilə həyatını itirib.

ABŞ-da 1.1 milyon COVID-ə yoluxma və 65 min ölüm halı qeydə alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG