Accessibility links

Ağ Ev aprel ayına qədər ABŞ-da məktəblərin açılmasına ümid edir


ABŞ koronavirusa yoluxmaların fonunda dövlət məktəblərini açmaq üçün mübarizə aparır. Ağ Ev bazar günü bildirib ki, aprel ayına qədər məktəblərin əksəriyyətinin siniflərdə tədrisə başlayacağına ümid edir.

Ağ Evin mətbuat katibi Jen Psaki ABC-nin “Bu Həftə” verilişində bildirib ki,“bu, bizim hədəfimiz və planımızdır”.

Lakin o bu hədəfə çatmaq üçün Konqresin Co Baydenin təklif etdiyi 1,9 trilyon dollarlıq koronavirus yadım paketinin təsdiqləməsi gərəkdiyini vurğulayıb. Çünki bu paketdə məktəblərin açılması üçün 130 milyard dollarlıq yardım nəzərdə tutulur.

"Ölkədəki bir çox məktəb daha kiçik siniflərdə dərs keçmək üçün binalarını yeniləməyə, daha çox avtobus sürücüsü və müvəqqəti müəllim işə götürməyə qadir deyil" - deyə, o bildirib.

Bunula yanaşı, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məktəblərin təhlükəsiz olması üçün "elmə əsaslanan dəqiq atıla biləcək addımlar barədə təlimatlar verib. Lakin heç də bütün məktəblər bunu həyata keçirə biləcək malliyə qaynağına malik deyil" deyən Psaki əlavə edib ki,"bunu həll etmək üçün federal hökumətə ehtiyacımız var."

Nümayəndələr Palatası bu həftə martın ortalarına qədər Konqresin tam təsdiqlənməsi ümidi ilə Baydenin təklif etdiyi yardım paketinə səs verməyi planlaşdırır.

Hazırda ABŞ-da məktəbə uşaq bağçalarından 8-ci sinif şagirdlərin cəmi 47 faizi, 9-12-ci sinif şagirdlərinin isə cəmi 33 faizi siniflərdə dərsə qatılır. Qalanları isə ya tamami ilə evdən təshilə qoşulur ya da ki, həftə içi müəyyən günlərdə siniflərdə dərsə qatılır.

Lakin Baydenin 1,9 trilyon yardım paketini tənqid edən Luiziana ştatından Respublikaçı senator Stiv Skali ABC-ə bildirib ki, "orada onsuzda pul var". O bundan əvvəlki yardım paketlərini nəzərdə tutaraq bildirir ki, büdcədə 1 triliyondan çox xərclənməmiş yardım var. Və bu məktəblərin açılmasına yardım üçün yerli icmalara göndərilə bilər.

O həmçinin paketin təsdiqlənəcəyi təqdirdə Baydeni məkətblərin tam açılmasını tələb etməməkdə günhalandırıb.

Digər tərəfdən isə ABŞ-ın Yolucu Xəstəliklər üzrə baş mütəxəsisi Antoni Fauçi CNN-ə bildirib ki, Bayden administrasiyanın əsas hədəfi şagirdlərin məktəblərə qaytarılması və müəllimləri qorumasıdır.

O, ABŞ-da şagirdlərin CDC-nin "uşaqların mümkün qədər təhlükəsiz şəkildə məktəbə qayıtması" üçün verdiyi təlimatlara əməl etdikləri təqdirdə yenidən açıla biləcəyini deyib.

XS
SM
MD
LG