Accessibility links

ABŞ Prezidenti Co Bayden Avropaya səfərə hazırlaşır


Ağ Ev cümə axşamı ABŞ Prezidenti Co Bayden iyunun ortalarında Avropaya səfər edəcəyini bildirib. Bu, Baydenin vəzifəsinin icrasına başlamasından bəri xaricə ilk səfəri olacaq.

Yanvarın 20-də prezident olan Bayden iyunun 10-dan 16-dək edəcəyi səfəri zamanı Britaniya, Belçika və İsveçrədə dünya liderləri ilə görüşəcək.

"Bu səfər Amerikanın ittifaqları bərpa etmək, Trans-Atlantik münasibətləri canlandırmaq, müttəfiqlərimiz və çoxtərəfli tərəfdaşlarımızla qlobal problemləri həll etmək, Amerikanın maraqlarını daha yaxşı təmin etmək üçün sıx iş birliyini etmək öhdəliyini vurğulayacaq" - deyə, Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

ABŞ Prezidenti iyunun 10-da Britaniyanın Baş naziri Boris Consonla görüşəcək, iyunun 11-i -13-ü tarixlərində isə ölkənin cənub-qərbindəki Kornvall qraflığında keçiriləcək Böyük Yeddilərin zirvə toplantısında iştirak edəcək.

Psaki Baydenin iyunun 13-də kraliça Elizabetlə Vinsdor sarayında görüşəcəyini, iyunun 14-də "ABŞ-ın Trans-Atlantik təhlükəsizlik və kollektiv müdafiəsinə bağlılığını təsdiqləmək" üçün NATO-nun Belçikanın Brüssel şəhərində keçirilən sammitinə qatılacağını bildirib.

Ağ Evin mətbuat katibi Cen Psaki
Ağ Evin mətbuat katibi Cen Psaki

İyunun 15-də keçiriləcək ABŞ-Avropa İttifaqı sammitində dünya liderləri beynəlxalq səhiyyə təhlükəsizliyi, qlobal iqtisadi bərpa, iqlim dəyişikliyi və digər məsələləri müzakirə edəcək. Brüsseldə ikən Bayden "ikitərəfli və regional məsələlərin bütün spektrini müzakirə etmək üçün" Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanla da görüşəcək.

Bayden eləcə də Belçika kralı Filip və Baş nazir Aleksandr De Kroo ilə də görüşəcək.

Psakinin dediyinə görə, Avropa səfəri zamanı Bayden iyunun 16-da İsveçrənin Cenevrə şəhərində Rusiya Federasiyasınin Prezidenti Vladimir Putinlə ikitərəfli zirvə görüşü keçirəcək.

Bayden İsveçrə Prezidenti Ci Parmelin və xarici işlər naziri İqnasio Kassislə də görüşəcək.

XS
SM
MD
LG