Accessibility links

ABŞ-ın müsəlman təşkilatları Ağ Evin virtual Ramazan bayramını boykot edib


ABŞ-ın müsəlman təşkilatları Ağ Evin virtual Ramazan bayramını boykot edib
please wait

No media source currently available

0:00 0:02:58 0:00

ABŞ-ın müsəlman təşkilatları Ağ Evin virtual Ramazan bayramını boykot edib

Amerikanın müsəlman təşkilatları Bayden administrasiyasının İsrailin fələstinlilərə qarşı tətbiq etdiyi zorakılıqlara dəstək verdiyini deyərək, mayın 16-da Ağ Evdə müsəlmanların müqəddəs Ramazan ayının sona çatmasının qeyd edildiyi virtual Qurban bayramını boykot edib.

Ramazan bayramı ümumiyyətlə dünya müsəlmanları üçün sevinc və fərəh bayramıdır. Lakin bu il Ramazan bayramını yalnız pandemiya deyil, Amerikanın bəzi müsəlman təşkilatlarının Ağ Evdə keçirilən virtual bayramı boykot etməsinə səbəb olan İsraillə fələstinlilər arasındakı zorakılıqlar da alt-üst edib. Amerika İslam Münasibətləri Təşkilatından Robert Makkau: "Amerika İslam Münasibətləri Şurası İsrail hökumətinin Qəzzada və Şərqi Qüdsdə fələstinlilərə qarşı artan insan haqları pozuntularına görə bu gecə Ağ Evdə keçirilən virtual bayramı boykot edən Amerikanın digər müsəlman təşkilatlarına qoşuldu."

1996-cı ildə Bill Klintondan başlayaraq Amerika prezidentləri Ağ Evdə iftar və ya Ramazan orucu açıb. Bu il bayrama Prezident Co Bayden və birinci xanım Cill Bayden ev sahibliyi edib. Cill Bayden: "Bu günün ruhunu ön cəbhədə işləyən cəsarətli insanlar da daxil olmaqla, ölkəmizi hər gün daha da gücləndirən milyonlarla müsəlman amerikalıda görə bilirik."

Prezident Bayden İsrail-Fələstin münaqişəsinin dünya müsəlmanlarını narahat etdiyini başa düşdüyünü deyib. "Mənim administrasiyam fələstinliləri və israilliləri, eləcə də digər regional tərəfdaşları davamlı sakitliyə nail olmaları üçün çalışmaqda davam edəcək."

Keçən şənbə günü Vaşinqton, Nyu York və Boston da daxil olmaqla, ABŞ-ın böyük şəhərlərində minlərlə insan Bayden administrasiyasından İsrail hökumətinin fələstinlilərə qarşı insan haqlarının pozulmasına dair daha çox iş görməsini tələb edən yürüş keçirib.

Özünü müdafiə etdiyini deyərək, İsraili haqlı çıxarmağa çalışan İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri Gilad Erdan Təhlükəsizlik Şurasına münaqişənin Həmas tərəfindən “qəsdən” başladıldığını deyib. "Həmasın Fələstinin mülki vətəndaşlarının arxasında gizlənərkən İsrail vətəndaşlarına qarşı ölümcül raketlər atması ilk dəfə deyil."

Həftə sonu Bayden İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin Muxtariyyətinin lideri Mahmud Abbasla danışıb. Administrasiya regiona elçilərini də göndərib. Vilson Mərkəzindən Merissa Xorma: “ABŞ tərəfindən atılmalı olan ən vacib addımlar de-eskalasiyada rol oynamaq və hazırkı zorakılığın nəzarətdən çıxmamasını təmin etməkdən ibarətdir və yəqin ki, bu addımlar atılır.​”

Döyüşlərdən əvvəl Bayden dalana dirənən sülh danışıqlarını yenidən bərpa etmək səylərini artırıb. İndi isə o, yalnız Amerika müsəlmanları tərəfindən deyil, Demokrat Partiyanın mütərəqqi qanadındakı millət vəkillərinin də təzyiqi altındadır.

XS
SM
MD
LG