Accessibility links

Ağ Ev: Biz amerikalı keşişə edilənləri unutmayacayıq


Ağ Ev: Biz amerikalı keşişə edilənləri unutmayacayıq
please wait

No media source currently available

0:00 0:02:00 0:00

Ağ Ev: Biz amerikalı keşişə edilənləri unutmayacayıq

ABŞ çərşənbə günü amerikalı keşiş Endrü Bransonu ev dustaqlığından azad edilməsi üçün ikinci apellyasiya müraciətini imtina etdiyinə görə Türkiyə prezidenti Rəcəp Təyyib Ərdoğana təzyiqləri davam etdirir. Türkiyə prezidenti isə Tramp tərəfindən Türkiyənin polad və alüminiumuna keçən həftə tətbiq olunan tariflərə cavab olaraq bir sıra Amerika malına tarifləri sərtləşdirib və artırıb.

ABŞ keşişi Endrü Brensonun taleyi Türkiyə ilə əlaqələrə uzunmüddətli və ciddi zərər vura bilər.

Ağ Evin mətbuat katibi Sarah Huchabee Sanders bildirib ki, onlar, Türkiyənin, xüsusilə də prezident Ərdoğanın, çox yaxşı insan və heç bir pis əməl etməyən əsl xristian keşiş Bransona qarşı olduqca ədalətsiz və pis davranışınının şahididirlər. Bu, administrasiyanın heç zaman unudmayacağı bir hadisədir.

Türk məhkəməsi Bransonun 21 ay terroçuluq və casusluq ittihamı ilə həbsindən sonra ev dustaqlığından azad olunması ilə bağlı ikinci apellyasiya müraciətini rədd eibi. ABŞ ittihamların saxta olduğunu bildirir.

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert, bu bəyənatdan çox məyus olduğunu və onların Bransonu ABŞ-a, evə gətirmək istədiyini sğyləyib.

Analitiklərin sözlərinə görə, Türkiyə prezidenti Ərdoğanın Türkiyədə saxlanılan Bransonu və digər amerikalıları azad etməkdən imtina etməsi prezident Donald Trampın Ərdoğan ilə yaxşı başlayan əlaqələrindən sonra böhranı dərinləşdirib.

Analitikçi Lisel Hintz deyib ki, ABŞ siyasi idarəçiləri Türkiyə ilə bağlı nə etməkdə, ona təsir, təzyiq göstərməkdə,yaxud həvəsləndirməkdə çətinlik çəkir. Məqsəd Türkiyənin davranışını dəyişməyə nail olmaqdır. Endrü Branson məsələsi bütün bu narahatlıqları özündə cəmləşdirir.

Digər analitikçi Aaron David Miller bildirib ki, Bransonun işinə gəldikdə,administrasiya bunun həll olunacağın inanırdı və bundan əlavə, o hesab edir ki, mömin xristian olan cənab Pompeo və cənab Pens Branson məsələsinə mühüm yevangelist elektoratın uzaqlaşa bilmək təhlükəsi nəzərindən baxır.

ABŞ rəsmiləri türk lirəsinin dəyər itirməsindən sonra qlobal iqtisadi böhranının şahidi olurlar, ancaq onlar həm də rəsmi Ankaranın bu iqtisadi böhranın özləri tərəfindən yaradıldığını deyir.

XS
SM
MD
LG