Accessibility links

Ağ Evin mətbuat katibi Cen Psakinin COVID-19 testi müsbət çıxıb


Ağ Evin mətbuat katibi Cen Psakinin COVID-19 testinin müsbət çıxdığı bildirilib. Psakinin dediyinə görə, o, prezident Co Baydeni son dəfə çərşənbə axşamı görüb.

Peyvənd olunduğunu və yüngül simptomlar keçirdiyini deyən 42 yaşlı Psaki çərşənbə axşamı prezidentlə 1.8 m aralı oturduğunu və maska taxdığını deyib. Məsələni yaxından izləyən bir şəxs Baydenin şənbə günü COVID-19 testinin nəticəsinin mənfi olduğunu bildirib.

"Bu gün testimin müsbət olduğu ilə bağlı xəbəri geniş şəffaflıq səbəbindən verirəm" - deyə, Psaki bildirib.

Ağ Evin sözçüsü, Bayden administrasiyasında yüksək səviyyəli şəxslərindən olan Psaki yanvar ayında vəzifəyə gəldiyi gündən bəri koronavirusa ilk dəfə yoluxub.

Psaki bu həftə Roma və Qlazqoya etdiyi səfərləri zamanı Baydenə qoşulmamaq qərarına gəlib. Belə ki, ailə üzvlərindən birinin COVID testi müsbət çıxıb və onun özü da karantinə alınmalı olub.

Psaki çərşənbə günündən bəri karantində olduğunu və bazar günü nəticənin müsbət olmasından əvvəl etdiyi testlərin nəticələrinin dəfələrlə mənfi olduğunu deyib.

Açıqlamada COVID-19 testi mənfi çıxan Psakinin 10 gündən, karantin dövrü başa çatdıqdan sonra işə qayıtmağı planlaşdırdığı bildirilib.

Psaki bu ilin əvvəlində tam peyvənd olunmuş Baydenin həkimi Kevin Okonnorun tələbi ilə hər iki həftədən bir sınaqdan keçirildiyini deyib. 78 yaşlı Baydenə keçən ay gücləndirici doza də daxil olmaqla, Pfizer Inc./BioNTech COVID-19 peyvəndinin üç dozası vurulub.

XS
SM
MD
LG