Accessibility links

Ağ Ev Cim Akostanın akkreditasiyasını bərpa edib


Ağ Ev CNN-in müxbiri Cim Akostanın akkreditasiyasını bərpa edib, amma xəbərdarlıq edib ki, əgər o, yeni mətbuat konfransı qaydalarına əməl etməsə akkreditasiyası yenidən əlindən alına bilər.

Ağ Ev Akostanın mətbuat akkreditasiyasını iki həftə əvvəl televiziyada yayımlanan mətbuat konfansı zamanı prezident Donald Trampla yaşadığı söz atışmalarından sonra ləğv edib .

Lakin ötən həftə federal hakim Ağ Evin onun akkreditasiyasının 14 günlük bərpa etnəsinə dair hökm çıxarıb və bu qadağanın Akostanın Konstitusiyadakı mətbuat azadlığı hüququnu pozduğunu bildirib.

CNN Ağ Evin “geri addım atdığını” və Tramp administrasiyasına qarşı ittihamlarını geri çəkəcəyini deyib.

XS
SM
MD
LG