Accessibility links

Ağ Ev: İşsizlik 25 faizə qalxa bilər


Koronavirus pandemiyası üzündən ABŞ-da rəsmi işsizlik səviyyəsi 14.7 faizə qalxıb. Lakin Ağ Ev rəsmiləri bu rəqəmin 25 faizə çatacağını proqnozlaşdırırlar.

İlin ikinci yarısında dirçəlməyə başlamazdan öncə “hazırda gördüyümüz rəqəmlərin pisləşəcəyi gözlənilir,” deyə ABŞ Maliyyə Naziri Steven Mnuçun bildirib.

“Fox News Sunday” verilişində müsahibə verən Mnuçin işsizliyin 25 faizə çata biləcəyini deyib.

Ağ Evin iqtisadi müşaviri Kevin Hassett də rəqəmin 20 faizdən yuxarı qalaxacağını istisna etmədiyini bildirib.

Maliyyə Naziri Steven Mnuçin
Maliyyə Naziri Steven Mnuçin

Milyonlarla amerikanın may-iyun aylarında işsizlik müavinəti üçün müraciət edəcəyi gözlənilir.

Cümə günü açıqlanmış 14.7% işsizlik 1930-cu illərdə Böyük Depressiya dönəmindən bəri ən yüksəlk göstəricidir.

Steven Mnuçun baş verənlərdə amerikan əməkçilərin və bizneslərin heç bir günahının olmadığını bildirib.

“Biz iqtisadiyyatı bağlamışıq,” deyə Mnuçun ABŞ-da otel, səyahət, restoran sənayelərində kütləvi ixtisarların baş verdiyinə diqqət çəkib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG