Accessibility links

Ağ Ev və Konqres 2 trilyon dollarlıq yardım paketi ilə əlaqədar razılığa gəlib


ABŞ liderləri çərşənbə günü işçilərə və bizneslərə koronavirusun yayılmasının öhdəsindən gəlmək üçün 2 trilyon dollarlıq iqtisadi yardım paketi haqqında razılığa gəlib.

Qanun layihəsinin mətni çərşənbə günü səhər açıqlanacağı və bundan Senatda səsverməyə qoyulacağı gözlənilir. Senat təsdiq edərsə, layihə Nümayəndələr Palatasına göndəriləcək.

Senatda azlıqda olan Demokratların lideri Çak Şumer qanun layihəsinin "mükəmməl olmadığını", lakin günlərlə davam edən müzakirələrdən sonra bəzi dəyişikliklər edildiyinə görə tez bir zamanda təsdiqlənməli olduğunu deyib.

"Amerika tarixində ən böyük xilasetmə paketi ilə əlaqədar ikitərəfli razılıq əldə etdik. Bu, bayram etmək deyil, zərurətlərdən irəli gəlib" - deyə, Şumer bildirib.

Senatda əksəriyyətə olan Respublikaçıların lideri Mitç Makkonnel isə "yardım yolundadır" deyib. O, bu yardımın ölkə boyu koronavirusa qarşı mübarizədə daha çox maliyyəyə və koronavirus xəstələri üçün maskalar, qoruyucu vasitələrə ehtiyacı olan həkimlər və tibb bacıları üçün, eləcə də ABŞ iqtisadiyyatına "trilyonlarla dolların investisiyası" səyləri çərçivəsində çek aça biləcək ailələr üçün gözəl xəbər olduğunu deyib.

"Əslində, bu ölkədə müharibə dövrü səviyyəsində bir investisiyadır", Makkonnel əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Meksika vəd etdiyi 10 000 əsgərin ilk qrupunu ABŞ-la sərhədə yerləşdirib
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqton səmasında qəza. ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG